Rusiyada sürücülük vəsiqəsi almaq çətinləşəcək KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
DİN imtahanların qəbulu qaydalarına dəyişikliklər hazırlayıb.
KONKRET.az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, gələcəkdə sürücü vəsiqəsi almaq üçün kağız daşıyıcıda olan tibbi arayış ləğv edilir.
1 mart 2027-ci ildən etibarən tibbi arayış elektron formada rəsmiləşdiriləcək, lakin tibbi müayinədən keçmək yenə də məcburi olacaq.
İkincisi, nəzəri imtahan uğurla verildikdən sonra ilk praktiki imtahanın təyin edilməsi üçün 60 günlük müddət dəqiq müəyyənləşdirilir.
Bu, namizədi qoruyur: hazırda bəzi bölmələrdə imtahan 5 ay sonra təyin olunur və ilk cəhddə uğursuzluq olarsa, nəzəri imtahanın 6 aylıq qüvvədə olma müddəti bitə və namizəd hər şeyi yenidən verməli ola bilər.
Bəs nəzəri imtahan necə olacaq?
Yeni imtahan biletləri artıq təsdiqlənib.
Sualların sayı 800-dən 1000-ə qaldırılıb, lakin əsas məqam odur ki, bu suallar rəsmi şəkildə dərc olunmayacaq.
DİN hesab edir ki, sürücü yol hərəkəti qaydalarını əzbərləməməli, onları bilməli və praktikada tətbiq etməyi bacarmalıdır.
Yeni biletlərə keçidin tarixi hələ müəyyənləşdirilməyib. Bunun üçün DYP-nin məlumat bazasının yenilənməsi tələb olunur.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 12 Yanvar 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















