Icma.az
close
up
RU
Pensiya sistemi dəyişir... Yeni qaydalar kimlərə və necə təsir edəcək?

Pensiya sistemi dəyişir... Yeni qaydalar kimlərə və necə təsir edəcək?

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya qanunvericiliyinə gözlənilən köklü dəyişiklikləri təqdim edib. Təklif olunan layihə deputatlar, vəzifəli şəxslər, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri, Ombudsman, Hesablama Palatasının üzvləri, diplomatlar və inzibati vəzifə tutan dövlət qulluqçularının pensiya təminatında tamamilə yeni mexanizmin tətbiqini nəzərdə tutur.

Bəs xüsusi şərtlərlə pensiya alan bu kateqoriyadan olan şəxslər üçün nə dəyişir? Bu dəyişiklik onların pensiya məbləğinə necə təsir edəcək?

"Bakupost" xəbər verir ki, "AzPolitika" məsələnin mahiyyətini və mövcud sistemlə fərqlərini təhlil edib.

Əmək haqqı asılılığından "sığorta kapitalı"na keçid

Hazırda qüvvədə olan qaydaya görə, bu şəxslərin pensiyası birbaşa tutduqları vəzifənin fəaliyyətdə olan əmək haqqı ilə bağlı idi. Dövlət qulluqçusu və ya deputat pensiyaya çıxdıqdan sonra həmin vəzifənin maaşı artdıqda, onların da pensiyası avtomatik olaraq yenidən hesablanıb artırılırdı. Yəni əmək haqqı ilə pensiya arasında birbaşa zəncirvari əlaqə var idi.

Yeni layihədə nə dəyişir? Pensiya ilə əməkhaqqı arasındakı bu birbaşa əlaqə ləğv edilir. Bütün digər vətəndaşlarda olduğu kimi, bu kateqoriyadan olan şəxslərin də pensiyası fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında hesablanacaq.

Pensiya əlavəsi: Staj faizindən "konkret vəzifə əlavəsi"nə keçid

Hazırda qüvvədə olan qaydada xüsusi şərtlərlə pensiyaya çıxanlara qulluq stajına görə (vəzifədə işlədiyi illərin sayına uyğun faizlə) pensiya əlavəsi verilirdi.

Yeni layihədə isə qulluq stajına görə verilən faizli əlavə ləğv olunur. Bunun əvəzinə inzibati vəzifələrin təsnifatı və konkret vəzifələr üzrə müəyyən edilən aylıq sabit pensiya əlavəsi ödəniləcək. Yəni sabiq deputat, ombudsman və ya diplomat topladığı kapitala görə əsas pensiyasını, üzərinə isə tutduğu konkret vəzifəyə uyğun sabit aylıq əlavəni alacaq.

Deputatların pensiyası azalacaq, yoxsa yüksək qalacaq?

Bu dəyişiklik deputatların və yüksək vəzifəli dövlət qulluqçularının pensiyalarının kəskin azalması və ya onların sıravi vətəndaş səviyyəsində pensiya alması demək deyil. Onlar gələcəkdə də nisbətən yüksək pensiya almaqda davam edəcəklər. Çünki xidmət illərində aldıqları yüksək maaşdan fərdi hesablarına köçürülən sığorta kapitalı böyük olur, üzərinə də konkret vəzifə üzrə tətbiq olunacaq sabit aylıq əlavə gəlir.

Bəs yeni sistem nəyi dəyişir? Yeni mexanizm deputat və dövlət qulluqçularının pensiya artımındakı "sərhədsiz zəncirvari artımı" əngəlləyir. İndiyədək fəaliyyətdə olan deputatın maaşı qalxan kimi pensiyadakı sabiq deputatın da pensiyası avtomatik artırdı. Yeni sistemdə bu bağ qoparılır. Keçmiş deputatın və ya dövlət qulluqçusunun pensiyası fəaliyyətdə olanların maaş artımına görə deyil, ölkə üzrə ümumi pensiya indeksasiyası qaydalarına uyğun olaraq artacaq.

Proaktiv (elektron) təyinat

Hazırda qüvvədə olan qaydaya görə dövlət qulluqçuları və ya deputatlar pensiya hüququ qazandıqda iş yerindən, arxivlərdən və müvafiq qurumlardan xidmət stajı və əməkhaqqı barədə kağız sənədlər toplayıb Sosial Müdafiə Fonduna təqdim etməli olurdular.

Yeni qanun qəbul olunduqdan sonra isəpensiyanın fərdi hesabda toplanan kapitala və konkret vəzifə təsnifatına keçirilməsi sayəsində sənəd toplamağa ehtiyac qalmayacaq. Pensiya təyinatı heç bir ünvana getmədən, tam elektron (proaktiv) qaydada həyata keçiriləcək.

Beləliklə, təklif olunan bu dəyişiklik ölkənin pensiya sistemində vahid sığorta-kapital prinsiplərinin tam bərqərar olunması deməkdir. Dövlət xüsusi statuslu şəxslərin (deputatlar, diplomatlar, dövlət qulluqçuları) pensiya təminatını mülki şəxslərin pensiya modeli ilə eyniləşdirir. Bu addım bir tərəfdən pensiya təyinatında sənədləşməni və bürokratiyanı aradan qaldırır, digər tərəfdən isə dövlət büdcəsindən xüsusi şərtlərlə ödənilən pensiyaların idarəolunmasını daha şəffaf və proqnozlaşdırılan çərçivəyə salır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Sentyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri