Icma.az
close
up
RU
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? Yeni seçim

Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? Yeni seçim

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur. Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Yəni bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir.

Özəl pensiya fondları vətəndaşların yığım vərdişlərinin formalaşmasına stimul verə bilərmi? Bu, pensiya sisteminin dayanıqlılığına və uzunmüddətli maliyyə sabitliyinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsinin hazırlanması əhəmiyyətli bir islahat sayılır və pensiya sisteminin gələcəkdə necə formalaşacağına ciddi təsir edə bilər:

“Azərbaycanda pensiyalar əsasən dövlət sosial sığorta sisteminə, yəni “pay-as-you-go” (PAYG) modelinə əsaslanır. Bu modeldə işləyənlərin ödədiyi vəsaitlər hazırda pensiya alanlara yönəldilir. Əhali yaşlananda və işçi-pensiyaçı nisbəti azaldıqca bu sistemdə maliyyə təzyiqi artır. Özəl fondların əlavə edilməsi fərdi yığım mexanizminin tətbiqi dövlət üzərində yükü azaldır və pensiya təminatının yalnız büdcədən asılı olmamasına imkan yaradır. Özəl fondlarda toplanan vəsaitlər maliyyə bazarlarına yönləndiriləcək, bu da həm kapital bazarının dərinləşməsinə, həm də pensiya ödənişlərinin daha sabit və şaxələnmiş mənbələrdən təmin olunmasına gətirib çıxara bilər. Pensiya fondlarının topladığı vəsaitlər səhm, istiqraz, daşınmaz əmlak fondları və digər maliyyə alətlərinə yatırıldıqda ölkədə uzunmüddətli maliyyə resurslarının həcmi artır. Azərbaycanda qiymətli kağızlar bazarı hələ tam inkişaf etməyib. Özəl pensiya fondlarının fəaliyyəti bu bazarı stimullaşdıraraq daha çox şirkətin birjada listinq olunmasına səbəb ola bilər”.

İqtisadçı qeyd edib ki, fondlar düzgün tənzimlənərsə maliyyə sisteminə əlavə “yastıq” yaradılır və böhran dövrlərində dövlətin yükü azalır:

“Vergi güzəştləri və ya dövlətin müəyyən bir hissə ilə yığımlara qoşulması vətəndaşları aktiv iştirak etməyə təşviq edə bilər. Hazırda insanların əksəriyyəti gəliri qısa müddətli istehlaka yönəldir. Özəl pensiya fondları isə uzunmüddətli maliyyə planlaşdırma və qənaət vərdişini gücləndirə bilər. Vətəndaşların fondlara etimadı ən kritik faktordur. Şəffaflıq, dövlət nəzarəti, beynəlxalq audit və risklərin sığortalanması bu etimadı artırmalıdır. Proses risklərdən də xali deyil. Məsələn, fondların səhv investisiya qərarları vətəndaşların yığımını təhlükəyə ata bilər. Vəsaitlərin uzunmüddətli alətlərdə dondurulması təcili ehtiyac zamanı çıxış imkanlarını da məhdudlaşdıra bilər”.

Akif Nəsirli

Ekspert əlavə edib ki, ilk mərhələdə vətəndaşların fondlara qoşulmaqda tərəddüdü mümkündür:

“Ümumiyyətlə, özəl pensiya fondlarının yaradılması Azərbaycanda pensiya sisteminin uzunmüddətli dayanıqlılığını gücləndirə, dövlətin sosial yükünü azalda və kapital bazarının inkişafına təkan verə bilər. Bununla yanaşı, bu fondlar vətəndaşların yığım və maliyyə savadlılığı mədəniyyətinin formalaşmasında əsas stimul rolunu oynaya bilər. Amma uğurun açarı güclü qanuni baza, dövlət nəzarəti və şəffaf idarəçilik olacaq”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri