Icma.az
close
up
RU
Pensiya siyasətində mütərəqqi yanaşmalar TƏHLİL

Pensiya siyasətində mütərəqqi yanaşmalar TƏHLİL

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belə ki, 2019-cu il yanvarın 1-dən reallaşan islahata müvafiq qaydada, vətəndaşların 2006-2018-ci illər üzrə fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə pensiya hüququ qazanmağa imkan yaradılır. Bu yanaşma pensiya təminatına əlçatanlığın artırılması baxımından mühüm və yüksək qiymətləndirilə bilən islahat tədbiri kimi səciyyələndirilə bilər.
Pensiya təminatına əlçatanlıq kontekstində digər önəmli bir istiqamət güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququnun verilməsidir. Son 2 il ərzində güzəştli şərtlərlə erkən yaşda pensiya hüququ təmin edən peşə və vəzifələrin siyahısına daha 65 yeni peşə və vəzifə daxil olunub. Hazırda həmin siyahı 5 il daha tez pensiyaya çıxmaq imkanı yaradan 4 mindən artıq peşə və vəzifəni, eləcə də müvafiq göstəriciləri əhatə edir. Bu isə, özü-özlüyündə əmək bazarında ağır və sağlamlıq üçün zərərli əmək şəraitində çalışan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, sosial təminat sisteminin ədalətliliyinin artırılmasına və pensiya təminatına daha geniş əlçatanlığın təmin edilməsinə xidmət göstərir.
Eyni zamanda, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün pensiya ödənişi gözləntisi müddətini son illərdə kişilər üzrə 204 aydan, qadınlar üçün isə 234 aydan 144 aya endirilib. Bu da onlara hesablanan pensiya məbləğinin ortalama qaydada 42-62% artması ilə nəticələnib.
Təbii ki, burada önəmli istiqamətlərdən biri də vətəndaşlarla işin keyfiyyətinin artırılması və vətəndaşların vaxta qənaət etməsi, eyni zamanda şəffaflığın daha da təmin olunması məqsədilə proaktiv xidmətlərin göstərilməsidir. Bu istiqamət üzrə vurğulanmalıdır ki, 2024-cü ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən yeni dəyişiklik nəticəsində uşaqlara görə güzəştli şərtlərlə erkən pensiya hüququ yaranan şəxslərə də pensiyanın proaktiv təyinatı mümkün olub.
Xatırladaq ki, ötən il pensiya qanunvericiliyinə edilmiş dəyişiklik nəticəsində vətəndaşların bir neçə pensiya hüququ olduğu halda, sənədlərin toplanması və müraciət prosedurlarına ehtiyac qalmadan, elektron sistem vasitəsilə proaktiv şəkildə onlara daha yüksək pensiya növü təyin edilir ki, bu da nəticə etibarilə pensiya təyinatı prosesinin daha şəffaf, sürətli və vətəndaşlar üçün əlçatan olmasına, həmçinin inzibati yükün azalmasına xidmət göstərir.
İqtisad üzrə elmlər doktoru, professor, Elşad Məmmədov
İqtisadçı-ekspert, Aslan Əzimzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri