Icma.az
close
up
RU
Pensiya sistemindəki əsas təhlükə TƏHLİL

Pensiya sistemindəki əsas təhlükə TƏHLİL

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Növbəti ildə artımın nə qədər olacağına gəldikdə isə, hələlik bəlli olan budur ki, artım 1 milyon 100 min vətəndaşı əhatə etməklə 10%-ə yaxın olacaq. Ümumiyyətlə, növbəti ildə orta pensiyanın 2025-ci ildə gözlənilən 537 manat məbləğindən 7,9% çox - 579.2 manat civarında olacağı ehtimal edilir.
Lakin əmək pensiyalarının bu cür qanuni əsasda hər il indeksləşdirilərək yüksəldilməsi maliyyə imkanları nöqteyi-nəzərindən bir gün dalana dirənə bilər. Çünki dövlətin üzərinə müəyyən yük düşür.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üzrə gəlirləri 8 milyard 323,1 milyon manat təsdiq edilib. Bu da 2025-ci il üzrə proqnoz göstəricidən 705,7 milyon manat və ya 9.26% çox deməkdir. Xərclərisə 8 milyard 483,07 milyon manat nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiq edilmiş proqnoz göstərici ilə müqayisədə 806.65 milyon manat və ya 10,51% çoxdur. 8 milyard 483,07 milyon manatın 8 milyard 196.45 milyon manatı əhaliyə ödənişlər təşkil edəcək ki, bu da Fondun ümumi xərclərinin 96.62%-nə bərabərdir.
Əhaliyə ödənişlərin 7 992,88 milyon manatı məhz əmək pensiyalarının, 203,57 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin məsrəfinə yönəldiləcək. Təkrar edirəm, əmək pensiyalarının ödənişi üzrə 2026-cı il üçün nəzərdə tutulmuş xərclər 7 992,88 milyon manatdır ki, bu da əvvəlki illə müqayisədə 10,85 % və ya 782,35 milyon manat çoxdur. Bu rəqəm ildən-ilə artır. Fondun əsas gəlir mənbəyini isə məcburi dövlət sosial sığorta haqları təşkil edir ki, 2026-cı ildə bu istiqamətdən 6 milyard 591.1 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur. Bu da DSMF gəlirlərinin 79,19%-ni təşkil edir.
Digər gəlir mənbələrindən biri dövlət büdcəsindən transfertdir. Gələn il bu məqsədlə 1 milyard 700 milyon manat vəsait ayrılacaq. Yəni, 2025-ci illə müqayisədə 100 milyon manat və ya 6,25 % çox. Ümumiyyətlə, rəsmi hesablamalara görə, 2026-cı il üzrə dövlətin pensiya öhdəliklərinin ümumi həcmi 3 milyard 613.68 milyon manat olacaq ki, bunun da 47.04%-i dövlət büdcəsindən ayrılacaq vəsait hesabına maliyyələşəcək. Göründüyü kimi, dövlət büdcəsindən asılılıq böyükdür.
Düzdür, 2019-cu ildən bəri həyata keçirilən islahatlar nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə həm dərəcə, həm də yığım mexanizminin dəyişdirilməsi sayəsində DSMF-in gəlirləri artıb. Qurumun dövlət büdcəsindən asılılığı azalmağa başlayıb və hətta ilin ortasında büdcədən transfertə aid müəyyən məbləğdə vəsaitin "qayçılanaraq" geri qaytarılması hallarının da əsası qoyulub. Ancaq bu proses hələ tələb olunan səviyyədə deyil. Rəqəmlərdən də göründüyü kimi, asılılıq kifayət qədər yüksəkdir və bu, hələ uzun müddət belə qalmaqda davam edəcək.
Yeri gəlmişkən, qeyd olunan kontekstdə Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı məlum müvafiq sənəddə ölkədə uzunmüddətli dövr ərzində əhalinin yaşlanması tendensiyası, gözlənilən orta ömür müddəti və digər amillər sarıdan mövcud sığorta-pensiya sistemi qarşısında mühüm çağırışlar yarana bilinəcəyi fikrinə də toxunmaq istərdim. Həqiqət bundan ibarətdir ki, sığorta-pensiya sistemi daim yenilənməli və sosial-iqtisadi dəyişikliklərə uyğunlaşmalı bir mexanizm olmalıdır. Və mütəmadi təkmilləşdirməyə məruz qalmalıdır. Əhalinin sayının artması, sığortalanmalı olanların kəmiyyət baxımından genişlənməsi, orta ömür müddətinin uzanması və s. amillər bu sahədə islahatları davamlı etməyə çağırır.
Ümumiyyətlə, pensiya sisteminin dayanıqlığını təmin etmək üçün məcburi dövlət sosial sığorta ayırmalarının həcmi və bu ödənişləri həyata keçirənlərin kəmiyyət bazası durmadan artmalı və genişlənməlidir. Bu isə yeni iş yerlərinin yaradılması, məşğulluğun genişləndirilməsi və sığorta ödəyicilərinin stimullaşdırılması kimi amilləri əhatə edir.
Digər tərəfdən, məcburi dövlət sosial sığorta ödənişlərinin faiz dərəcəsinin artırılması əməkhaqqı səviyyəsinin yüksəldilməsini tələb edir. Vətəndaşın gələcək pensiya təminatında maraqlı olması üçün yüksək gəlir əldə etməli olduğunu aksioma çevirir.
Bütün bunlar həm də bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı məsələlərdir. İqtisadi artım və məşğulluq səviyyəsinin yüksəlməsi sığorta-pensiya sisteminin də maliyyə bazasını möhkəmləndirməyə xidmət etməlidir.
Ümumiyyətlə, problemin həlli yolu heç bir halda misal üçün, pensiya yaşının artırılması kimi üsullardan keçməli deyil. Əhalinin əmək qabiliyyətli hissəsinin azalması və orta yaş səviyyəsinin artması fonunda çıxış yolu fərqli yanaşma tələb edir. Əsas məqsəd sosial sığorta ödəyicilərinin sayını artırmaq, ayırmaların faiz dərəcəsini yüksəltmək və sistemin maliyyə sabitliyini uzunmüddətli əsasda təmin etmək olmalıdır. Belədə indeksləşdirmə də daim davam etdirilə bilər. Hətta daha mükəmməl və təkmilləşdirilmiş formada.

Pərviz Heydərov
Azvision.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Noyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri