Pensiya yaşı tamam olan şəxslərin NƏZƏRİNƏ
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Pensiya yaşı tamam olan, lakin nə pensiya kapitalı, nə də stajı olmayan vətəndaşlarımız müavinət almaq hüququna malikdirlər”
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, əmək pensiyası haqqında qanuna əsasən, vətəndaş pensiya almaq hüququna ya qanunvericiliklə müəyyən olunmuş minimum pensiya kapitalını topladıqda, ya da 25 il iş stajına malik olduqda sahib olur:
“Yəni, vətəndaşın pensiya yaşı tamam olubsa və eyni zamanda onun fərdi hesabında tələb olunan məbləğdə pensiya kapitalı varsa, o halda əmək pensiyası almaq hüququ qazanır. Əgər pensiya kapitalı kifayət etmirsə, lakin vətəndaşın azı 25 il sığorta stajı varsa, bu zaman da əmək pensiyası hüququ verilir. Qanunvericilikdə eyni zamanda pensiya amnistiyası da nəzərdə tutulur. Belə ki, 2018-ci il iyulun 1-dək fərdi hesabında pensiya kapitalı olan, hətta bu məbləğ cəmi 1 manat təşkil edən şəxslər belə əmək pensiyası almaq hüququna malikdirlər.
Əgər vətəndaşın fərdi hesabında heç bir pensiya kapitalı yoxdursa və eyni zamanda sığorta stajı da yoxdursa, bu halda o, əmək pensiyası deyil, yaşa görə sosial müavinətlə təmin olunur. Yəni pensiya yaşı tamam olduqda, vətəndaş aylıq əsasda yaşa görə sosial müavinət almaq hüququna malikdir. Bu baxımdan, pensiya yaşı tamam olan, lakin nə pensiya kapitalı, nə də stajı olmayan vətəndaşlarımız müavinət almaq hüququna malikdirlər”.
Baxış sayı:140
Bu xəbər 25 Aprel 2025 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















