Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Pensiya yaşını 50 yə salın, daha QOCALMAQ ÇƏTİNLƏŞİR...

Pensiya yaşını 50 yə salın, daha QOCALMAQ ÇƏTİNLƏŞİR...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elə bir çətin mövzudur ki, lap yüz ilin jurnalisti də olsan, bu məsələdə hardan başlayıb harda fikrini bitirəcəyini yəqin etmək qəliz məsələdir. Ölümün getdikcə cavanlaşdığı, məzarlıqlardakı baş daşlarında yaşı 50-ni ötməyənlərin getdikcə çoxaldığı, əvəzində qocalmağın, ömrün ixtiyar zirvəsini yaşamağın getdikcə eyni sürətlə xam xəyala çevrildiyi bir dövrdə yaşayırıq. Geni dəyişilmiş, min cür xəstəlik mənbəyi olan saxta “qidalarla” baş girləyib, sadəcə günü günə caladığımız bir dövrdür. Adi suyun belə, dilə gətirmək ağır da olsa “təkrar emal edilib” yenidən özümüzə qanı qiymətinə satıldığı bir zamandayıq. Uşaq vaxtı yaylaqlarda qayanın dibindən sıyrılıb gələn buz bulaqlardan, rəhmətlik Hacı Zeynalabdin ağanın çəkdirdiyi “Şollar” suyundan içərdik. İndi “filtirlənmiş” ikinci əl sularla mədəmizi doldurub xərçəngə “gəl-gəl” deyirik.
Biz uşaq olarkən yaşı səksəni, doxsanı ötən qocaları görmək adi hal idisə, indi yetmiş yaşlı ixtiyarları görməyin özü təəcüblü hadisə sayılır. İnternet əsrindəki stress və sosial gərginliklər, yaşamaq, həyatda ayaq üstündə qalmaq çətinliklərinin dözülməz olduğu, sosial problemlərdən əmələ gələn psixoloji problemlər insanı hər gün və sürətlə ölümün ağuşuna atır. Bəli, məhz sosial problemlər stress və ən təhlükəli xəstəliklər üçün ələdüşməz “sərvətə” çevrilib. Azərbaycan xalqı daima mehriban, gülərüz təbiəti ilə seçilib. Amma bu gün zəmanənin, sosial problemlərin gətirdiyi gərginlik elə pik həddə çatıb ki, yolda ötərkən kiməə salam vermək, hal-əhval soruşmağın özü belə qan-qada yaradacaq qədər təhlükəlidir. Stresslə, sosial şəbəkə “canavarının” mənfi informasiyaları ilə yüklənmiş Azərbaycan cəmiyyəti səmimi ünsiyyəti, hal-əhval tutmaq adətlərini çoxdan yadırğayıb desəm yəqin ki, bu yazını oxuyan əksəriyyət mənimlə razılaşacaq. Qabaqlar yolda-izdə bir “sabahın xeyir”, demək, hal-əhval soruşmaq adətimiz vardı. İndi kimə yaxınlaşıb kefini soruşsan psixoloji bomba kimi partlayır, acı cavab verir, həttda bir gülümsəyib salamlaşmaq dava-dalaşa belə səbəb olur.
Əlbəttdə, hər şeyi də zəmanənin boynuna yıxmaq olmaz və yaşadığımız zamanı “günah keçisi” elan etmək qəti məntiqli deyil. Çünki zaman məhvumu bizimlə yanaşı həm də bütün planetdəkilər üçün keçərlidir. Sadəcə biz cəmiyyət olaraq elə bir ağır illər və stress dolu zaman keçiririk ki, həm sosial problemlər, həm də qidalandığımız qidalar bizi elə gəncliyimizdəcə qocaldır, qocalmaq arzusu isə artıq elə arzu olaraq da qalır. Bizləri qocaldan təkcə problemlər deyil, həm də QİDA XƏRÇƏNGİDİR!
Bir haşiyə çıxmasam olmaz. Bu yazını oxuyan hər kəs mənimlə razılaşar ki, artıq təbii qida deyilən məfhumu beyin hüceyrələrimizdən silmişik. Çünki ölkəmizdə təbii qida da artıq qəhətə çıxıb, əvəzində marketlərdə geni dəyişilmiş, insan sağlamlığı üçün ölüm saçan yalançı “qidalar” at oynadır. İri supermarketlərdə əsl mənşəyi və real qiyməti məlum olmayan ərzaqların adamın gözünə girdiyi bir vaxtda yaşayırıq.

Hər gün nələr yeyirik? Yuxarıda da qeyd etdiyim kimi filtirlənmiş, kimyəvi qatqı əlavə olunmuş “su” içirik, qatqı əlavə olunmuş yalançı “süd”, təkcə elə rəngini ağartmaq üçün neçə ton gübrə vurulan və ən aşağı kateqoriyalı “undan” hazırlanan, ən dəhşətli xəstəlik törəyicisi sayılan zavod çörəyi, evlərə verilən çirkli suların həddən artıq xlorla doldurulması – bütün bu sadaladıqlarım dəhşətli də olsa gerçək həyatımızın acı tablosudur. Hətta artıq süni ət və süni düyü dövrünün başlanmasına “bismillah” da edilib...
Bəli, hər şey artıq sünidir. Bu süni qida dövründə bir də kasıb kütlənin ayaqüstü öz mədəsini aldatmaq üçün gündəlik aldığı 2-3 manatlıq dönərlər də mənşəyi naməlum, hətta insan orqanizmi üçün həddindən çox təhlükəli “ətlərlə” zəngindir. Bu murdar ətlərdən hazırlanan dönərlərdən zəhərlənmə faktları kəllə-çarxa çıxıb artıq.
Və bütün bu sadaladıqlarımdan sonra yaşlanma, ömrün ixtiyar yaşına çatmaq da eləcə xəyala dönən arzu kimi ürəyimizdə qalıb bizi sızladacaq. Çünki bu cür “qidalarla”, sosial problemlər və stresslərlə ancaq 50-yə çatmaq olur. O da hələlik. Bir neçə ildən sonra 50 yaş da əlçatmaz olacaq əzizlərim. Mütləq pensiya yaşını 50-yə qədər endirməliyik ki, heç olmasa pensiya üzü görən tapılsın. Ciddi sözümdür, zarafat etmirəm, acı gerçək belədir. Çünki murdar dönərlərlə, “ikinci əl” sularla, palma yağı ilə uzağı 50-yə qədər yolumuz var...

Mətləb Salahov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri