Icma.az
close
up
RU
Kişi kimi qocalmaq...

Kişi kimi qocalmaq...

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

..və ya qatı “anti-sovetçik” olmuş “qurd” diplomatın zayıllaması

“Öləndə də kişi kimi ölmək lazımdır” kimi bir deyim var. Son günlər sürünə-sürünə ortaya çıxan bəzi nadanların ağızlarına gələn hədyanı yüksək səslə söyləmələrindən sonra bu deyimi belə də ifadə etmək olar:  “Qocalanda da kişi kimi qocalmaq lazımdır”…

Qapı-qapı gəzərək palaz-palaz kitabları üçün astronomik pullar yığan bu bunamış insanın Səməd Vurğuna dil uzatması ölkədə böyük rezonansa səbəb olub. İşlərimin çoxluğu səbəbi ilə özəl bir cavab yazmağı daha irəli tarixə ertələyirəm. Ancaq bu qəbildən insanlara ünvanladığım bir yazını paylaşaraq tərəfimi bəlli edirəm: Ana Dilimiz namusumuzdur, Səməd Vurğun isə poeziyamızın, söz sənətinin solmayan Günəşidir…

Xərifləmək

Praqanın Qızıl Ordu tərəfindən 1968-ci ildə işğalından sonra “anti-sovetçik” olduğunu söyləyir bir möhtərəm. Ancaq “anti-sovetçik” kimi nə edib, hansı fəaliyyətlərdə bulunub – bu haqda heç nə demir.

Çexoslovakiyaya qoşun yeridilməsini pisləyən məşhurlar – Soljenitsın, Tvardovski, Qaliç, Yevtuşenko, akademik Saxarov kimi yazıçı və alimlər vardı. Amma bu yoldaşın isminə onların arasında rast gəlinmir. Bəlkə o, Larisa Boqoraz və digər 7 dissident kimi “Qızıl” meydanda etiraz aksiyasına çıxıb, işğalçı orduya lənət yağdırmışdı? Qəhrəman etirazçılar azadlıqdan məhrum edilib sürgünə göndərilmişdilər. Bu siyahıda da yoxdur onun adı.

Azərbaycanda “anti-sovetçik” deyəndə mənim ağlıma İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov və onların qurduqları gizli “İldırım” təşkilatı gəlir. Antisovet fəaliyyəti aparan bu təşkilatın üzvləri arasında da yoxdur bu zat-i möhtərəmin ismi.

Bəlkə Əbülfəz Elçibəy və ya digər dissidentlərlə əlaqəsi olub onun?  Yoxsa o da mərhum Elçibəy kimi KQB-nin təqiblərinə məruz qalıb?

“Anti-sovetçik” olub bu təqiblərdən nəsibini almayıbsansa, demək ki, səndə başqa “məziyyətlər” var.

O tərəflərdə də onu görən olmayıb.

Olmayıb…və kimsə də buna bir şey demir.

Ancaq birdən ortaya çıxıb təmiz, fərqli yetişmiş istedadlı gənclərin “YouTube” kanalında onlara nağıl danışmağa başlayanda insan susa bilmir. “Bu gün Sovet imperiyası haqqında fərqli düşünürəm” deyir 87 yaşındakı professor. Yaşına-başına, həyat təcrübəsinə rəğmən ortaya “dişə çəkiləcək” bir fikir qoymur, qoya bilmir. Və qalxıb rus dilinin vacibliyindən danışır.

“Mən bunu hər zaman demişəm” söyləyərək rus dilindən danışır. Bir deyən də yoxdur ki, dəstəklədiyin işğalçının dilidir. Demosfen bəlağəti və Platon ədası ilə xərifliyir. Bəzən filosof, zaman-zaman kulturoloq və kinoşünas kimi təqdim olunsa da, bunlara uyğun təhsili də yoxdur, məncə. Mən bilən rus dili və ədəbiyyatı ixtisası ilə bitirib institutu. Yəni rus dilini təbliğ etmək onun ixtisasıdır.

Bir müsahibəsinin kiçik bir parçasını dinləməyə səbrim yetdi. Yadıma Kissencerin xərifləməyi haqda yazdığım bir qeyd düşdü…

"Старческий маразм"… Bu sözün dilimizdəki qarşılığı "bunama"dır, tibbi terminologiyaya "xərifləmək" kimi düşüb. Biz tərəflərdə buna "zayıllamaq" da deyirlər bəzən və məncə, yazacağım misalda ən doğrusu da elə bu sözdür…

Əslində bu sözü Kissincerə deməyə dilim dönmür...

Henri Kissincer (Henry Kissinger, 1923-2023) görkəmli dövlət adamı, amerikalı diplomat, müxtəlif dövrlərdə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri, ABŞ dövlət katibi olub, 1973-cü il də Nobel Sülh Mükafatına layiq görülüb.

Tanınmış diplomat ən qatı Sovet əleyhdarı kimi tanınır. O, Sovet İttifaqını dağıdanların gizli fikir babalarından biridir. Kissincer ömrünün qürub çağında kapitalist sistemdən məyus olduğunu dilə gətirərək, Amerikanın işlətdiyi ən böyük günahın "Dünyanın ən ədalətli dövlətini – Sovet İttifaqını planlı şəkildə məhv etmək" olduğunu söyləyib.

Onu belə düşünməyə nəvələrinin davranışı vadar etdiyini bildirən diplomat belə davam edir: "Müasir insanlar hər şeyə sahibdirlər, ancaq eyni zamanda da, heç nələri yoxdur. Bizi heç nə sevindirmir, doğru-düzgün xoşbəxt də olmuruq. Sovet insanı sadə şeylərdən xoşbəxt olur, cins şalvar, tualet kağızı və ya hisə verilmiş kolbasa onu çox xoşbəxt edirdi. Biz o insanı yoldan çıxartdıq, ona bolluq tələsinin gizləndiyi vəhşi kapitalizmin qapılarını açdıq".

Kissincer xoşbəxtliyin məişət bolluğunda olmadığını çox illər sonra anladığını söyləyir: "Bizdə ancaq seks vardı, onlarda isə sevgi. Bizdə ancaq pul vardı, onlarda isə ürəkdən təşəkkür. Hər şeydə belə idi. Məni sosializm tərəfdarı adlandırmaq çətindir, qərb düşüncəsinə sahib bir qərbliyəm, ancaq belə hesab edirəm ki, Sovet İttifaqında həqiqətən də “homo-soveticus” adlandırılan insan növü vardı. Bu insan bizdən bir pillə yuxarı idi və çox təəssüf edirəm ki, biz onu məhv etdik. Ehtimal ki, bu bizim ən böyük cinayətimizdir".

"Kissincer zayılladı" cümləsini zorla qururam, dilim dönmür. Amma qatı “anti-sovetçik” olmuş bu qurd diiplomat haqda başqa ifadə tapa bilmirəm…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Fevral 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri