Icma.az
close
up
RU
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı 200 manat verilir, əvəzində…

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı 200 manat verilir, əvəzində…

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəlif maliyyə əməliyyatları üçün istifadə edirlər.

Kazımovun sözlərinə görə, bankların bir bank məhsulu üzrə yalnız bir kart verməsi yanaşmasının səbəblərindən biri də məhz bu cür halların qarşısını almaqdır.

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, bu təcrübə xüsusilə Rusiyada geniş yayılıb və hazırda Azərbaycanda da müşahidə olunur: Pepperoni pizza

"Belə hallarda dələduzlar, əsasən, yaşlı insanlara yaxınlaşaraq onlardan müəyyən məbləğdə pul müqabilində bank kartı əldə etməyi xahiş edirlər. Vətəndaş isə bunun təhlükəli olduğunu düşünmədən kartı əldə edib həmin şəxsə təqdim edir. Beləliklə, insanların maliyyə savadlılığının və məlumatlılığının yetərli olmamasından sui-istifadə edilir. Bu cür dələduzluq halları ilə bağlı Azərbaycanda hələlik ayrı-ayrı faktlar qeydə alınır. Bununla bağlı maarifləndirmə işlərinin aparılması və banklar tərəfindən müəyyən qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulur. Taleh Kazımov iqtisadçılarla görüşdə belə şəxslərin "dropper" adlandırıldığını qeyd etdi. Mən ilk dəfə bu termini eşidirdim".

İqtisadçı bildirib ki, xüsusilə yaşlı vətəndaşlara kart təqdim edərkən onları mümkün təhlükələr barədə əvvəlcədən məlumatlandırması çox vacibdir:

"Bank əməkdaşları izah etməlidirlər ki, kartın başqa şəxsə verilməsi sonradan ciddi problemlərə səbəb ola bilər.

Hesab edirəm ki, banklara bu istiqamətdə mütləq müvafiq təlimat verilməlidir. Banklar vətəndaşlara kart təqdim edərkən "dropper"lər barədə məlumat verməli, onları başqalarının xahişi ilə bank kartı əldə edib təhvil verməyin mümkün nəticələri barədə xəbərdar etməlidirlər. Çünki həmin şəxslər kartları əldə etdikdən sonra onlardan sui-istifadə edir, müxtəlif maliyyə əməliyyatları aparır, kredit götürür və daha sonra yoxa çıxırlar. Nəticədə isə kartın sahibi ciddi maliyyə və hüquqi problemlərlə üzləşə bilər".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Noyabr 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri