Icma.az
close
up
RU
Pensiyalar bu cür hesablana bilər

Pensiyalar bu cür hesablana bilər

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“2010-cu ildə pensiya qanunvericiliyinə edilən dəyişikliklər əsasında, 2017-ci ildən etibarən yeni qaydalar qüvvəyə mindi. Bu qaydalara əsasən, kişilərin pensiya yaşı hər il 6 ay artırılmaqla 63-dən 65 yaşa, qadınların pensiya yaşı isə eyni qaydada 60-dan 65 yaşa qaldırıldı. Bu yanaşma Qərbi Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq tətbiq olundu. Həqiqətən də, bir çox Avropa ölkələrində pensiya yaşı 65-dir”.

Ölkə.Az xəbər verir ki, bu fikirləri İqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlmasında səsləndirib.

“Lakin burada nəzərdən qaçırılan vacib bir məqam var idi: inkişaf etmiş ölkələrdə orta gözlənilən ömür müddəti Azərbaycandakından təxminən 7–8 il daha uzundur. Məsələn, Azərbaycanda bu göstərici orta hesabla 75 yaş civarındadırsa, Avropa ölkələrində 82–83 yaş arasındadır. Bu fərq əsasən tibb xidmətlərinin səviyyəsi, qidalanma keyfiyyəti, ətraf mühitin sağlamlığı və ümumi həyat şəraitinin üstünlüyü ilə izah olunur.

Azərbaycanda da gözlənilən ömür müddətinin artacağı proqnozlaşdırılır, təxminən 2035-ci illərdə bu göstəricinin 78 yaşa çatması gözlənilir. Lakin pensiya yaşının artırılması bu gözlənilən ömür artımı baş vermədən həyata keçirildi. Bu səbəbdən hesab edirəm ki, qanun tələsik qəbul olunub və daha sağlam əsaslarla planlaşdırıla bilərdi. Hazırda qanun qüvvədədir və icra edilməlidir. Lakin vətəndaşların hüquqları ilə bağlı narahatlıq doğuran məqamlar da mövcuddur. Pensiya sistemində əsas yanaşma toplanmış pensiya kapitalının 144-ə bölünməsi ilə aylıq pensiyanın hesablanmasıdır (12 il × 12 ay). Yəni, pensiya yaşı 65, orta gözlənilən ömür isə 75-76 yaş olarsa, bu, vətəndaşların həm pensiya müddətinə, həm də aylıq məbləğə mənfi təsir göstərir”.

İqtisadçı qeyd edib ki, əgər pensiya yaşının azaldılması məsələsi artıq gündəlikdən çıxarılıbsa və hökumət bu siyasətdə israrlıdırsa, o zaman pensiya hesablanmasında vətəndaşların maraqları daha çox nəzərə alınmalıdır.

“Qadın və kişilər üçün pensiya yaşının eyniləşdirilməsi isə beynəlxalq praktikaya uyğundur. Üstəlik, qadınların orta ömür müddətinin kişilərdən təxminən 2 il uzun olduğunu nəzərə alsaq, bu qərar ədalətli sayıla bilər. Lakin hər iki cins üçün pensiya yaşının artırılması, xüsusilə də indiki sosial-iqtisadi şəraitdə, həm pensiya təminatının müddətinə, həm də pensiyanın məbləğinə mənfi təsir göstərir

Bundan əlavə, fiziki cəhətdən ağır işlərlə məşğul olan şəxslər üçün Nazirlər Kabinetinin qərarına əsasən, pensiyaya daha tez çıxmaq imkanı mövcuddur. Belə şəxslər üçün pensiya yaşı 5 il azaldılır. Bu da onların əmək fəaliyyətinin xüsusiyyətlərinə uyğun ədalətli yanaşmadır”.

X.Kərimli sonda əlavə edib ki, pensiya yaşının artırılması ölkədə pensiya alanların sayının azalmasına gətirib çıxarır. Bu da dövlətin pensiya yükünü azaltmaq məqsədi daşıyır. Amma düşünmürəm ki, bu yolla uzunmüddətli perspektivdə əhəmiyyətli qənaət əldə olunsun. Əgər pensiya yaşı artırılırsa və bu proses geri qaytarılmayacaqsa, hökumət ən azından pensiya məbləğlərini artırmaqla vətəndaşların rifahını qorumalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 May 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri