Icma.az
close
up
RU
Permanent makiyaj (tatuaj) necə aparılır?

Permanent makiyaj (tatuaj) necə aparılır?

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir.

Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii  görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.

Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar. Yeni konturun gülərkən, danışarkən, mimiki hərəkətlər zamanı necə göründüyünü yoxlayın. Hamıya uyğun gələn ideal forma yoxdur, hətta ən gözəl hesab edilən - iri, enli dodaqlar da hamıya yaraşmır. Dodaqların forması məhz sizin üzünüzün gözəl cizgilərinizi vurğulamalıdır. Tatuajın köməkliyi ilə qadınları dodaqlarının asimmetriyasından (əyrilik) xilas etmək, onların formasını, həcmini dəyişmək, rəngini yaxşılaşdırmaq olur.

Dodaqların forması müəyyən edildikdən sonra rəng seçiminə keçmək olar. Yaxşı olardı ki, bu zaman makiyaj bütünlüklə silinmiş olsun, əks halda rəng düzgün seçilməyəcəkdir. Tatuaj zamanı rəng dəriyə çox dərin yeridilməsə də (0.8-1 mm), proses kifyət qədər ağrılı olur. Buna görə də tatuajı yerli anesteziya (keyləşdirmə) ilə edirlər.

Dodaqların tatuajına qərar verdikdə, yalnız müasir, özünü təsdiq etmiş klinikaya, yüksək dərəcədə ixtisaslaşmış mütəxəssisə müraciət edin. Bu yolla siz düzgün edilməyən tatuaj nəticəsində dodaqlarda yaranan çapıqlardan, düzgün olmayan rəngləmə nəticəsində dodaqların rənginin dəyişməsindən, qeyri-təbii rəngdə olmasından və s. qurtula bilərsiniz. Tatuaj 2 ildən 5 ilə qədər qalır. Gənc xanımlarda permanent makiyajın korreksiya edilməsinə (yeniləşməsinə) ehtiyac tez, yaşlı xanımlarda isə gec yaranır.

Qaş və dodaqların tatuajından başqa, göz qapaqlarının (və ya çox zaman adlandırıldığı kimi “gözlərin”) tatuajı da edilir. Gözlərin tatuajının əsas məqsədi baxışı mənalı etməkdir. Tatuajın köməyi ilə vizual olaraq göz künclərini qaldırmaq, gözləri daha dairəvi və ya uzunsov etmək, kiçik gözləri böyütmək və ya böyük – “qabarmış” gözləri kiçiltmək, seyrək kirpiklər problemini həll etmək, gözlərin gündəlik makiyajına sərf edilən vaxtı azaltmaq və s. mümkündür.

Permanent makiyajı etməzdən əvvəl, sizə tatuaj edəcək mütəxəssislə qabaqcadan məsləhətləşmək lazımdır. Mütəxəssis sizə prosesdən əvvəl hansı preparatların qəbul edilməməsi və tatuajdan sonra nələrə piayət olunmasını izah edəcəkdir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see771

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar Çıxış yolu nədir?

25 İyul 2026 12:34see284

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see280

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see276

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see229

Neft kəskin ucuzlaşdı

25 İyul 2026 09:40see227

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see207

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see194

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see189

Bank sistemini bu iki adam idarə edirdi… “Turanbank”la bağlı yeni çağırış

25 İyul 2026 09:53see172

Rusiya Mərkəzi Bankı ciddi problemlər barədə məlumat verir…

25 İyul 2026 19:53see171

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see167

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadır

25 İyul 2026 18:00see167

Borrel Okampo Karapetyan üçlüyü

25 İyul 2026 12:55see165

İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

26 İyul 2026 03:20see163

FIFA Meksikada tarixi qalada ziyafət təşkil etdi: Prokurorluq araşdırmalara başladı

26 İyul 2026 07:15see162

Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi

26 İyul 2026 01:52see160

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see160

Messi heyətdən çıxarıldı

26 İyul 2026 02:01see160

İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

26 İyul 2026 00:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri