Peruda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 20 nəfər yaralanıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Perunun mərkəzi hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
APA xəbər verir ki, nəticədə azı 11 nəfər həyatını itirib, 19-20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, qəza gecə saatlarında Huanuco bölgəsində baş verib. "Real Chancas" şirkətinə məxsus avtobus ölkənin şərqində yerləşən Pukalpa şəhərindən paytaxt Limaya gedirmiş.
İlkin ehtimallara görə, sürücü sükan arxasında yuxuya gedib və döngədə nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtobus yoldan çıxaraq yaşayış evinə çırpılıb.
Hadisə yerinə xilasedicilər, polis və yerli sakinlər cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 19 İyun 2026 06:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















