Pərvanə Vəliyeva: Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasıdır
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkəmizin bu gün sabitlik və təhlükəsizlik adası olmasının səbəbkarı məhz Dövlət Başçısı, onun apardığı uğurlu daxili və xarici siyasət kursudur.
Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ölkə.Az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onilliklərlə davam edən işğal faktına son qoymuş, beynəlxalq hüququn normalarına əsaslanaraq, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməklə, regionda yeni reallıq yaradıb: "Cəmi 44 günə tarixi Zəfər əldə edən Ali Baş Komandan uğurlu diplomatik səyləri nəticəsində sülhü də qazanıb. Ölkəmiz artıq təkcə Cənubi Qafqazın öncül ölkəsi deyil, həm də Mərkəzi Asiya, o cümlədən Cənubi Qafqaz regionunda qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün müstəqil və milli maraqlara əsaslanan praqmatik siyasət yürüdən, beynəlxalq birlik tərəfindən hesablaşılan güclü ölkədir".
Deputat qeyd edib ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və institusional islahatların aparılması, sosial rifahın artırılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas istiqamətləridir: "Onun rəhbərliyi dövründə inzibati və struktur islahatları aparılıb, elektron hökumət və rəqəmsal xidmətlər genişləndirilib".
Pərvanə Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadi siyasəti neft-qaz gəlirlərinin səmərəli idarə olunmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəlib: "Neft Fondunun fəaliyyəti, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, sənaye parkları və ixracın təşviqi bu siyasətin əsas komponentləridir. Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakı, eləcə də regional enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması ölkənin geosiyasi və iqtisadi əhəmiyyətini artırıb".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirib: "Ali Baş Komandan kimi fəaliyyəti dövründə hərbi islahatlar aparılıb, ordu maddi-texniki baxımdan gücləndirilib. Vətən müharibəsi zamanı hərbi əməliyyatlar planlı, mərhələli və yüksək koordinasiya ilə həyata keçirilib".
Pərvanə Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev 44 gün ərzində təkcə hərbi və siyasi lider kimi deyil, eyni zamanda informasiya müharibəsinin əsas siması kimi də çıxış edib, dəqiq və ardıcıl açıqlamaları ilə Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıb.
Deputat qeyd edib ki, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindəndir: "Mədəni irsin qorunması, beynəlxalq idman yarışlarının təşkili və gənclər siyasəti bu sahədə görülən əsas işlər sırasındadır".
Sonda Pərvanə Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın müasir inkişaf mərhələsi ilə sıx bağlıdır və onun rəhbərliyi dövründə ölkədə siyasi sabitlik qorunub, iqtisadi inkişaf təmin olunub və Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 22 Dekabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















