Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vyana, 9 iyul, AZƏRTAC
OPEC+ fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycan bu prosesdə çox fəal iştirak edir. Bu gün biz bu əməkdaşlıq vasitəsilə təkcə qlobal neft bazarında deyil, ümumilikdə enerji bazarında sabitliyə öz töhfəmizi veririk.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizin OPEC+ formatı çərçivəsində fəaliyyətini qiymətləndirərkən bildirib.
Nazir qeyd edib ki, OPEC+ enerji bazarının sabitliyində çox mühüm rol oynayır və ölkəmiz belə vacib əməkdaşlığı bu qrup çərçivəsində davam etdirməkdə maraqlıdır.
9-cu OPEC Beynəlxalq Seminarında iştirak edən nazir fürsətdən istifadə edərək OPEC-in Baş katibinə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi fəaliyyətə görə də təşəkkür edib və ölkəmizin bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlı olduğunu ifadə edib.
Aytən Abbaslı
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 İyul 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















