Pərviz Şahbazov: Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair sənədimiz var. Biz həm Cənub Qaz Dəhlizi çərçivəsində, həm də yaşıl enerji formatında sıx əməkdaşlıq edirik.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, bura digər enerji sahəsinə aid olan məsələlər də daxildir.
“Bunlar əməkdaşlığın ayrılmaz hissəsidir. Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır. İllərdir ki, bu enerji təchizatı istər neft sahəsində, istərsə də təbii qaz sahəsində həyata keçirilir. Biz bu əməkdaşlığı gələcəkdə necə inkişaf etdirəcəyimiz barədə dialoq apardıq. Eyni zamanda, Azərbaycanda yaşıl enerji layihələrinin inkişafı geniş vüsət alıb. Bu layihələrə Avropa tərəfi də maraqlıdır. Elektrik enerjisi üzrə dəhliz layihələri Avropa tərəfindən dəstəklənir. İnterkonnektorlar Azərbaycanı Avropa və Mərkəzi Asiya ilə birləşdirəcək. Biz bu istiqamətdə çalışırıq”,- deyə o qeyd edib.
Qeyd edək ki, iclasa Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 03 Mart 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















