Icma.az
close
up
RU
Pərviz Şahbazov COP31 çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib FOTOLAR

Pərviz Şahbazov COP31 çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Energetika naziri Pərviz Şahbazov Antalyada COP31 çərçivəsində Bolqarıstanın energetika naziri İva Petrova və Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə ikitərəfli görüşlər keçirib.

Nazirlikdən verilən məlumata görə, Bolqarıstanın naziri ilə görüşdə təbii qaz sahəsində əməkdaşlıq və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib.

Dəhliz üzrə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanması məsələləri nəzərdən keçirilib.

Layihənin yeni bərpa olunan enerji güclərinin inkişafına və Azərbaycanda istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çıxarılmasına imkan yaradacağı qeyd olunub. Avropa şirkətlərinin layihələrdə iştirakı, maliyyələşdirmə və texnoloji əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.

Fatih Birol ilə görüşdə isə COP29-un enerji təşəbbüslərinin hazırlanmasına IEA-nın dəstəyi yüksək qiymətləndirilib. Görüşdə elektrikləşmənin enerji keçidində artan rolu, bu istiqamətdə Azərbaycanla IEA arasında əməkdaşlıq və birgə aparılmış işlərin yeni prioritetlərə uyğun nəzərdən keçirilməsi imkanları müzakirə edilib.

Həmçinin enerji təhlükəsizliyinin təmin olunmasında təbii qazın roluna, yaşıl enerji dəhlizlərinin elektrikləşmənin genişlənməsi üçün yaratdığı imkanlara toxunulub. Azərbaycanın elektrikləşmə gündəliyi üzrə IEA ilə dialoqunun və texniki əməkdaşlığının davam etdirilməsi məsələləri nəzərdən keçirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri