Icma.az
close
up
RU
Peşə tanınmasında məzunları ən çox imtina alan Ukrayna və Rusiya universitetlərinin adları açıqlanıb

Peşə tanınmasında məzunları ən çox imtina alan Ukrayna və Rusiya universitetlərinin adları açıqlanıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

30 yanvar 2025-ci il tarixində DİM tərəfindən elektron qaydada keçirilmiş müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda iştirak etmək üçün 268 nəfər namizəd qeydiyyatdan keçib, onlardan 241 nəfəri imtahanda iştirak edib.

Bu barədə 525.az-a TKTA-dan məlumat verilib.

Sözügedən imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış “hüquqşünaslıq” ixtisasının ölkələr üzrə təhlili aparılıb.

Peşə tanınması imtahanında “hüquqşünaslıq” ixtisası üzrə 113 nəfər iştirak edib, onlardan yalnız 15 nəfəri uğurlu nəticə əldə edib.

Məlum olub ki, uğursuz nəticə əldə etmiş kvalifikasiya sahibləri əsasən 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “hüquqşünaslıq” ixtisası üzrə Ukrayna ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 94% (64 nəfərdən 4 nəfər uğurlu nəticə əldə edib), Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 84% (38 nəfərdən 6 nəfər uğurlu nəticə əldə edib) müvafiq imtahanda uğursuz olub.

Ukrayna üzrə ən çox imtina Xarkov Milli Daxili İşlər Universiteti, Y. Mudrıy adına Milli Hüquq Universiteti, T. Şevçenko adına Kiyev Milli Universiteti, Rusiya Federasiyası üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu və Saratov Dövlət Hüquq Akademiyası məzunlarına aid olub.

Məlumat üçün bildiririk ki, TKTA-nın sifarişi əsasında 2024-cü ilin oktyabr ayında keçirilmiş imtahanda “hüquqşünaslıq” ixtisası üzrə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin uğursuzluq göstəricisi 70%, Ukrayna ali təhsil müəssisələrindən “hüquqşünaslıq” ixtisası üzrə məzun olan namizədlərin isə peşə imtahanı üzrə uğursuzluq göstəricisi isə 63% təşkil edib.

Bu təhlili əsas götürərək, vətəndaşlara sözügedən ölkələrin ali təhsil müəssisələrinə “hüquqşünaslıq” ixtisası üzrə müraciət edərkən yuxarıda qeyd olunan məqamları nəzərə almaları tövsiyə olunur.

Qeyd edək ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

19 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 50% (120 nəfər) təşkil etmişdir. İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistik məlumatlar təqdim edilir.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri