Peşəkar Futbol Liqasının prezidenti növbəti dəfə əməliyyat olunacaq EKSKLÜZİV
Icma.az bildirir, Report.az portalına istinadən.
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunacaq.
Bu barədə "Report"a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O, Elxan Səmədovun müalicəsinin davam etdiyini bildirib:
"Gündəlik fizioterapeyalara cəlb olunur. Bununla yanaşı, mütəmadi olaraq hər gün normal qrafikdə işə gəlir. Martın ortalarında növbəti dəfə əməliyyat olunacaq”.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Mart 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















