Peskov fərqli danışdı, Uşakov isə tarix verdi Trampın adamları Rusiyaya gedir?
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kreml ABŞ və İran arasında imzalanacaq tarixi anlaşma memorandumundan sonra amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfər edə biləcəyini gözləyir.
“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib:
“Cümə günü saziş və ya memorandum imzalandıqdan sonra, bizə yaxşı tanış olan iki nümayəndənin – Uitkoff və Kuşnerin ölkəmizin rəhbərliyi ilə görüşmək üçün Moskvaya gəlməsi imkanının yaranacağını gözləyirik”.
Lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mövzu ilə bağlı bir qədər fərqli mövqe nümayiş etdirərək, Uitkoff və Kuşnerin Moskvaya səfərinin yaxın gələcəkdə gözlənilmədiyini bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Kreml Rusiya və ABŞ nümayəndələri arasında daimi təmasların mövcud olduğunu bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 İyun 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















