Peskov: Putin lazım bildiyi zaman Ukrayna ilə danışıqlar aparacaq şəxslərin adları açıqlanacaq
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, Kremlin sözçüsündən Rusiyanı təmsil edəcək şəxslərin adını çəkə biləcəyini soruşduqda "Xeyr" deyib. “Prezident bunu zəruri hesab edən kimi biz bunu elan edəcəyik”, – deyə Peskov qeyd edib.
Bundan əvvəl Putin mayın 11-nə keçən gecə Kremldə jurnalistlərə açıqlamasında Kiyev hakimiyyətinə 2022-ci ildə kəsdiyi birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Dialoqun mayın 15-də İstanbulda başlaması təklif edilib.
Rusiya lideri həmçinin qeyd edib ki, Rusiya Federasiyası əvvəllər dəfələrlə atəşkəs elan edib və bu, Kiyev rejimi tərəfindən ardıcıl olaraq pozulub, o cümlədən Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi zamanı tətbiq edilən ən son üç günlük atəşkəs olub.
Öz növbəsində, Vladimir Zelenski cümə axşamı Türkiyə paytaxtına gəlmək niyyətində olduğunu açıqlayıb. Bu bəyanat ABŞ prezidenti Donald Trampın Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılaşmağa çağırmasından sonra verilib. Bundan əvvəl Zelenski Moskva ilə danışıqları 30 günlük atəşkəs rejiminin tətbiqi ilə şərtləndirmişdi.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















