Peskov: “Rusiya məqsədinə güc yolu ilə nail olacaq“
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rusiya avropalılarla razılığa gələ bilmədiyi təqdirdə, məqsədlərinə güc yolu ilə nail olacaq".
Moderator.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" informasiya agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin nizamlanması məsələsi Avropanın təhlükəsizliyindən ayrılmazdır. Peskov qeyd edib ki, müəyyən mərhələdə Avropa tərəfi ilə müxtəlif məsələlərin müzakirəsi zəruri olacaq.
"Əlbəttə, müəyyən mərhələdə bu məsələləri avropalılarla müzakirə etmək lazım gələcək. Məsələ ondadır ki, əgər onlar həqiqətən sülh istəmirlərsə, belə müzakirələrin faydası olmayacaq. Bu halda razılığa gəlmək mümkün olmadıqda, məqsədimizə güc yolu ilə nail olmalı olacağıq", - deyə Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşündə Rusiyanın Avropa ilə dialoqun heç vaxt əleyhinə olmadığını və bu dialoqu dayandırmadığını bildirmişdi. Putinin sözlərinə görə, dialoqu dayandıran Avropa tərəfi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 15 Noyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















