Icma.az
close
up
RU
Petro və Noboa arasında gərginlik davam edir

Petro və Noboa arasında gərginlik davam edir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekvador qonşu ölkə Kolumbiyaya tətbiq etdiyi gömrük rüsumunu 1 may tarixindən etibarən 50 faizdən 100 faizə qaldıracağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Ekvador bu qərarı Kolumbiyanın sərhəd təhlükəsizliyi sahəsində kifayət qədər tədbir görməməsi ilə əsaslandırıb və bildirib ki, yeni rüsum artımı 1 maydan qüvvəyə minəcək.

Ekvadorun İstehsal, Xarici Ticarət və İnvestisiya Nazirliyi bəyan edib ki, Kolumbiyanın sərhəd təhlükəsizliyi (qanunsuz qruplaşmalarla mübarizə) sahəsində yetərli addımlar atmaması səbəbindən yeni tədbirlər tətbiq olunacaq:

“Bu tədbirin əsası milli təhlükəsizlik meyarlarına dayanır. Məqsədimiz sərhəddə narkotik qaçaqmalçılığı ilə mübarizədə ortaq məsuliyyət prinsipini gücləndirməkdir”.

Xatırladaq ki, Kolumbiya ilə Ekvador arasında ticarət gərginliyi 1 fevral tarixindən etibarən tətbiq edilən 30 faizlik gömrük rüsumu ilə başlamışdı. Ekvador bu rüsumu 1 martdan etibarən 50 faizə yüksəltmişdi.

Kolumbiya hökuməti isə buna cavab olaraq 1 fevral tarixindən etibarən Ekvadora elektrik ixracını dayandırdığını açıqlamışdı.

Ekvador 27 fevralda bu addıma cavab olaraq Kolumbiyanın dövlət neft şirkəti “Ecopetrol”a məxsus neftin Ekvadorun dövlət şirkəti Petroecuador boru xətləri ilə daşınma haqqını hər barel üçün 3 dollardan 30 dollara qaldırmışdı.

Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 2,8 milyard dollar olduğu, Ekvadorun isə bu ticarətdə təxminən 900 milyon dollarlıq kəsir verdiyi bildirilir.

Kolumbiya Prezidenti Qustavo Petro ilə Ekvador Prezidenti Daniel Noboa arasında sərhəd bölgələrində narkotik qruplaşmalarla mübarizə üsulları səbəbindən diplomatik gərginlik yaşanır. İki lider qarşılıqlı olaraq sərt ittihamlar səsləndirir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see243

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see241

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see239

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see236

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see226

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see222

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see218

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see215

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see213

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see206

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see204

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see203

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see203

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see195

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see194

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see187

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see184

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see184

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see183

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri