Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Tramp ilə Petro arasında telefon danışığı olub

Tramp ilə Petro arasında telefon danışığı olub

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Prezidenti Donald Tramp, Kolumbiya Prezidenti Qustavo Petronun onu telefonla zəng etdiyini bildirərək, yaxın vaxtlarda onunla görüşməyi səbirsizliklə gözlədiyini qeyd edib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp bu barədə sosial media platformasında paylaşım edib.

“Kolumbiya Prezidenti Qustavo Petro ilə görüşmək böyük bir şərəf idi”, - deyə Tramp yazıb.

“O, aramızdakı narkotik və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng etdi. Onun zəngini və üslubunu yüksək qiymətləndirdim və yaxın zamanda onunla görüşməyi səbirsizliklə gözləyirəm”, - deyə əlavə edib.

Kolumbiya Prezidenti Qustavo Petro isə ABŞ-nin Prezidenti Donald Tramp ilə telefon danışığında Venesueladakı vəziyyət, narkotik qaçaqmalçılığı ilə mübarizə və iki ölkə arasında əlaqələrin davam etdirilməsinin əhəmiyyəti barədə müzakirə apardıqlarını bildirib.

Petro sosial media hesabında paylaşdığı məlumatda Tramp ilə telefon danışığının detalları barədə açıqlama verib.
Petro bildirib ki, Tramp ilə Venesueladakı vəziyyət, narkotik qaçaqmalçılığı ilə mübarizə və iki ölkə arasında əlaqələrin davam etdirilməsinin əhəmiyyəti barədə danışılıb.

“Prezident Tramp ilə söhbətimizdə ABŞ-nin Latın Amerikası ilə münasibətlərə dair baxışları ilə bağlı fikir ayrılığımız da gündəmə gəldi. Trampın hakimiyyətə gəldiyi vaxt ona yazdığım məktubda və Baydenə şəxsən dediyim kimi, əgər Cənubi Amerikanın illik 1400 GVt-lıq təmiz enerji potensialı dəyərləndirilsə, Amerika ittifaqı qurula bilər.

ABŞ-nin neft və kömürlə qarşılamağa çalışdığı illik enerji tələbatı isə 840 GVt-dır. Bu isə o deməkdir ki, Latın Amerikası ABŞ-nin enerji matrisinin 100 faizini təmin edə bilər və bu, iqlim böhranının qarşısını almaq üçün atılacaq ən böyük addım olar, həyat naminə”, - deyə Petro əlavə edib.

Petro bildirib ki, danışıq zamanı həmkarına qlobal sülhün və demokratiyanın əhəmiyyətindən bəhs edib.“Latın Amerikanın yalnız neft üçün istifadə olunması beynəlxalq hüququn məhvinə, nəticədə isə vəhşiliyə və üçüncü dünya müharibəsinə gətirib çıxarar”, - deyə xəbərdarlıq edib.

Petro qeyd edib ki, görüş zamanı Latın Amerikanın təmiz enerji potensialını Tramp ilə bölüşüb:

“Bu, dünya sülhünü real təhlükə altına salar və geri dönülməz iqlim fəlakətinə, həyatın məhvinə səbəb olar. Latın Amerikanın təmiz enerji potensialı 500 milyard dollarlıq sərmayə ilə reallığa çevrilə bilər və ABŞ-nin hazırda bu imkanı var”.

ABŞ-nin Dövlət Departamentindəki mənbələrin bildirdiyinə görə, Tramp ilə Petro arasında telefon danışığı təxminən 15 dəqiqə davam edib.

Digər tərəfdən, Trampın son günlərdə onu hədəf alan “təhdid dolu” açıqlamalarına cavab olaraq, Kolumbiyanın paytaxtı Boqotadakı tarixi Bolivar Meydanında çıxış edən Petro, Xarici İşlər Naziri Rosa Villavisensiyoya Tramp ilə Ağ Evdə görüşmək üçün diplomatik əlaqələrin qurulması istiqamətində addımlar atmağı tapşırıb.

Petronun çağırışından sonra başda Boqota olmaqla bir çox şəhərdə yüzlərlə insan meydana çıxaraq Trampın Petroya yönəlmiş sözlərinə etiraz edib.

ABŞ-nin Prezidenti Tramp daha əvvəl Kolumbiya Prezidenti Petronu hədəf alaraq bu ölkənin ABŞ-yə kokain göndərdiyini iddia etmiş və Petro üçün “Diqqətli olmalıdır” xəbərdarlığını etmişdi.

Bundan əlavə, Tramp Kolumbiyanı “xəstə ölkə” adlandırmış və mümkün ABŞ hücumu ilə bağlı “Kolumbiya əməliyyatı qulağa xoş gəlir” ifadəsini işlətdiyini bildirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri