Icma.az
close
up
RU
Petrosyan Ermənistana göydən zənbillə düşüb prezident olmadı... ŞƏRH

Petrosyan Ermənistana göydən zənbillə düşüb prezident olmadı... ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın məlum çıxış indi yayılıb, gizli saxlanılırdı. Ter-Petrosyanın sözləri münaqişənin əsl səbəblərini, kimin tərəfindən düşünülüb nə üçün icra edildiyini açıq şəkildə bildirir". 

Bu sözləri Respublikaçı Alternativlər Partiyasının (ReAL) sədri Natiq Cəfərli deyib. Sherg.az ReAL sədrinin sosial media hesabına istinadən xəbər verir ki, Sovet-rus-erməni ideoloqlarının əsas məqsədi Qarabağın işğalı olmayıb. Bu ikinci dərəcəli, “alınsa, əla olar”, yanaşması idi. N. Cəfərlinin sözlərinə görə,  əsas məqsəd indiki Ermənistan ərazisindən 250 minə yaxın türkün (azərbaycanlının) qovulması, Ermənistanın monoetnik ölkəyə çevrilməsi idi: 


"Bu ali məqsədləri üçün rus-erməni ideoloqları Azərbaycan ərazisində yaşayan 300-350 min erməni əsilli vətəndaşlarının taleyini qurban verdilər – bunun da səbəbi var idi. Demoqrafik “çuxura” düşən etnik ermənilər bir gün ayılacaqdırlar ki, 15-20-25 ilə indiki Ermənistan ərazisində türklərin sayı 500 mini keçəcəkdi və türklər Zəngəzur daxil daha 4 bölgədə say etibarı ilə etnik ermənilərdən qat-qat çox olacaqdı ki, bu da Ermənistanın strateji maraqlarına ziddi olardı. Bundan başqa, Levon etiraf edir ki, indiki Ermənistan ərazisindən türkləri qovanda onlar anlayırdılar ki, Azərbaycanda yaşayan etnik ermənilər təhlükəyə düşəcəklər və onlar indiki Ermənistana qaçacaqlar. Yəni, rus-erməni ideoloqları bilərəkdən etnik erməniləri təhlükə altına atdılar və nəticədə, təqribən, 200-250 min erməni Azərbaycandan Ermənistana köçdü ki, bu da onların demoqrafik problemlərinin həllində mühim rol oynadı. 

Bu məsələyə bir az geniş baxaq: 1988-ci ildə Ermənistan əhalisi 3 463 600 nəfər olub, 1993-cü ildə isə 3 463 700 nəfərə çatıb – gürürsünüz ki, cüzi fərq var. Yəni, Ermənistan 5 ildə 250 minə yaxın türkü vəhşicəsinə qovub, əvəzində, təxminən, bir o qədər ermənini qəbul edib. 2023-cü ildə Ermənistanın rəsmi əhalisi 2 990 900 olub, 2024-cü ildə isə 3 039 700 nəfər elan ediblər. Yəni, Xankəndi və ətrafında antiterror əməliyatını keçirdikdən sonra 1 ildə Ermənistan əhalisi cəmi 48800 nəfər artıb". 


N.Cəfərli həmçinin qeyd edib ki, əgər rus-erməni ideoloqları 1988-ci ildə vəhşi müharibəyə başlamasaydılar, Azərbaycan və Qarabağdan bu ölkəyə köçən olmasaydı, bu gün Ermənistanda əhalinin sayı 1,5-1,8 mln. nəfərə yaxın, onlarında, təxminən, 30%-i türklərdən ibarət olardı: " Qarabağ işğalının, bu vəhşi müharibənin əsl səbəbi 2025-ci ildə belə bir mənzərənin yaranmasına imkan verməmək idi. Doğrudur, müharibə olmasaydı Azərbaycanda da erməni əsilli əhali olacaqdı (zətən indi də 25-30 minə yaxın var), amma onlarda təbii artımın daha az olduğunu və xaricə köç meyillərinin (öz qohumlarının yanına) nəzərə alsaq, bu gün Azərbaycanda, maksimum, elə münaqişə başlayan dövrdə olan qədər, yəni, təxminən, 200-250 min erməni əsilli vətəndaşımız olardı – bu isə, əhalimizin, ən yaxşı halda, 4-5%-ni (əgər Ermənistandan da türklərin köçməyəcəyini nəzərə alsaq, indi bizdə 10 mln. deyil, 8-8,5 mln. əhali olacaqdı) təşkil edəcəkdi. İndi özünüz düşünün – Ermənistanda 30% türk nələrə qadir olardı, Azərbaycanda 3-4% erməni nə edə bilərdi?! Məsələ budur. Ermənistanda etnik türklərin rızası olmadan heç bir hökumət qurula bilməzdi, heç bir seçkini onların maraqlarını iqnor edən partiya uda bilməzdi. Nədən rus-erməni ideoloqları deyirəm – hər şeyi qoyaq kənara, Levon Ter-Petrosyanın indiki Suriya ərazisində doğulması, ailəsinin SSRİ-yə köçməsi o zamandan bu ailənin “KQB” nəzarətində, ya da agent olduqlarını göstərir. Çünki, 1946-da Suriyadan ermənilər çoxu Fransaya köçürdü, amma Ter-Petrosyan ailəsi SSRi-yə gətirildi. Levonun özü Leninqrad şəhərində təhsil alıb, şərqşünaslıq öyrənib, o zaman bu məsləkdə olanların çoxu elə “KQB”-yə bağlı idi. Həyat yoldaşı etnik rus Lyudmila Pliskovskaya adlı şəxs idi – o da “KQB” ailəsindən çıxmışdı. Yəni, Levon göydən zənbillə Ermənistana düşüb prezident olmadı – onu “KQB” yetişdirib erməni ideoloqlarının Ermənistanı türklərdən təmizləmə ideyasının “meneceri” təyin etdilər. 

Məsələni daha da dərinləşdirmək olar, amma nəticədə erməni-terrorçu ideoloqlarının düşünülmüş siyasəti nəticəsində hər iki xalq böyük qurbanlar verdi. Azərbaycan Dövləti, Ordusu qamətimizi düzəltdi, işğala son verib ərazi bütövlüyümüzü təmin etdi və bu qanlı müharibə əhali mübadiləsi ilə yekunlaşdı. Bir çox müharibələr ərazi mübadiləsi, və ya, sərhədlərin dəyişməsi ilə nəticələnir, amma tarixdə əhali mübadiləsi ilə bitən münaqişələr də olub. Ermənilərin Qarabağ avantürası da insanların faciələri ilə dolu olan əhali mübadiləsi ilə sona çatdı...".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Yanvar 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri