Icma.az
close
up
RU
Ter Petrosyan Paşinyanın əsas tənqidçisinə çevrilib  ŞƏRH

Ter Petrosyan Paşinyanın əsas tənqidçisinə çevrilib  ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Rusiya baş nazirə qarşı bütün əleyhdarları səfərbər etməyə çalışır

Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb. Bu barədə Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb. Musinyan qeyd edib ki, söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişafı və möhkəmlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sergey Kopırkin il ərzində Ermənistana üç dəfə səfər edib. Ekspertlər Moldova ssenarisinin Ermənistanda təkrarlana biləcəyini deyirlər. Bundan öncə, Kopırkinin müşaviri Zəngəzur Rusiya və İrandan yan keçən dəhlizinin Moskva üçün sərfəli olmadığını iddia etmişdi. 

Millət vəkili Rasim Musabəyov Sherg.az-a deyib ki, Rusiya çalışır ki, Nikol Paşinyanın nə qədər əleyhdarı varsa, hamısını hökumətə qarşı səfərbər etsin. Deputat vurğulayıb ki, Levon Ter-Petrosyan vaxtı ilə N.Paşinyanla bir komandada təmsil olunublar: "Paşinyan özünü Ter-Petrosyanın tələbəsi sayırdı. 2008-ci ildəki seçkilərdə küçə etirazlarını təşkil edən, insanları səfərbər edən Paşinyan idi. Məhz buna görə 2-3 il həbsdə yatıb. İndi isə L.Ter-Petrosyan Paşinyanın əsas tənqidçilərindən birinə çevrilib. Ancaq o, hələ Robert Koçaryana, Serj Sarkisyana qoşulmur. Düzdür, Ter-Petrosyanın hansısa iddialarla meydana çıxması da inandırıcı deyil, çünki yaşı çoxdur. Lakin onun sözünün təsiri var və tərəfdarları mövcuddur. Məqsəd Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vasitələrdən istifadə etməkdir. Ter-Petrosyanın keçmiş köməkçisi, hazırda onun partiyasına rəhbərlik edən Zurabyan da Paşinyanın aktiv tənqidçilərindən biridir. Ter-Petrosyan Paşinyanı "bacarıqsız fəaliyyətinə" görə suçlayır və deyir ki, Paşinyanın siyasətinin nəticəsi olaraq Ermənistan bütün istiqamətlərdə Azərbaycana uduzdu və s. Amma Levon Ter-Petrosyanın və digər müxaliflərin alternativi yoxdur". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri