Icma.az
close
up
RU
Peyvənd müəmması: Valideynlər niyə ondan imtina edir? MÜSAHİBƏ

Peyvənd müəmması: Valideynlər niyə ondan imtina edir? MÜSAHİBƏ

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son dövrlər yoluxucu xəstəliklərin artması peyvəndləmə məsələsini yenidən gündəmə gətirib. 

Xüsusilə uşaqlar arasında sürətlə yayılan infeksiyalar valideynləri daha həssas və diqqətli olmağa vadar edir.

Bununla bağlı Səhiyyə Nazirliyi valideynlərə dəfələrlə müraciət edərək, peyvənd olunmağa çağırış edib. 

Peyvəndləmənin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılsa da, hələ də bəzi valideynlər müxtəlif səbəblərdən uşaqlarının peyvəndini gecikdirir və ya tam imtina edirlər.

Bəziləri vaksinin qoruyucu təsirinə şübhə ilə yanaşır, digərləri isə əsassız məlumatların təsiri altına düşür.

Pediatr Şəlalə Poluxov mövzu ilə bağlı “Cebheinfo.az”-ın suallarını cavablandırıb:

- Bəzi valideynlər peyvəndləri gecikdirir və ya imtina edir. Bunun əsas səbəbləri nədir?

-Son dövrlərdə gündəlik həyatımızda tez-tez rast gəlirik ki, valideynlər peyvənddən imtina edir və ya onu gecikdirirlər. Bunun bir çox səbəbi var. İlk səbəb sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan elmi əsası və sübutu olmayan məlumatlardır. 

Təəssüf ki, burada daha çox emosional, qorxu yaradan paylaşımlar üstünlük təşkil edir və bu da valideynlərə daha tez təsir göstərir. Xüsusilə cəmiyyətdə müəyyən qədər tanınan şəxslər bu cür paylaşımlar etdikdə insanlar buna daha çox inanırlar.

Digər səbəb isə bəzi xəstəliklərin uzun illərdir peyvəndləmə, vaksinasiya sayəsində nadir hallarda görülməsidir. Bunun nəticəsində valideynlər bu təhlükənin real olduğunu unudurlar. Məsələn, tetanus kimi xəstəliklər peyvəndləmə nəticəsində uzun illərdir ki, demək olar müşahidə olunmur. 

Valideyn xəstəliyi görmədiyi halda peyvəndin əhəmiyyətini yetərincə dəyərləndirə bilmir və adekvat qiymətləndirmədiyi üçün peyvənddən imtina edir. Bu isə doğru yanaşma deyil.

- Peyvəndlərin gecikdirilməsi uşağın sağlamlığı üçün hansı real risklər yaradır?

- Peyvəndin gecikdirilməsi uşağın sağlamlığı üçün real və sübut olunmuş risklər daşıyır. Səhiyyə Nazirliyinin milli peyvənd təqvimi var və bu təqvim heç də təsadüfi hazırlanmayıb. Uşağın immun sistemi və riskli yaş dövrləri nəzərə alınmaqla tərtib olunub. Məsələn, bəzi valideynlər deyirlər ki, ilk bir ildə etdirmirəm, bir yaşından sonra etdirərəm. Bu düzgün deyil. 

Göy öskürək, qızılca, meningit infeksiyaları xüsusilə erkən yaşlarda daha ağır fəsadlara, hətta həyati təhlükəyə səbəb ola bilər. Peyvənd gecikdirildikdə, uşaq həmin dövrdə müdafiəsiz qalır. Əgər peyvəndləmə mütəmadi aparılarsa, cəmiyyətdə kollektiv immunitet yaranır. 

Lakin bu, zəiflədikdə epidemiya riski artır. Xüsusilə yeni doğulmuş körpələr və xroniki xəstəliyi olan uşaqlar risk altında qalırlar.

- Valideynlər niyə düşünürlər ki, bugünkü peyvəndlərin keyfiyyəti Sovet dövründə tətbiq olunan peyvəndən daha aşağıdır?

- Bəzi insanlar düşünürlər ki, Sovet dövründə istifadə olunan peyvəndlərin tərkibi daha yaxşı və keyfiyyətli idi. Bu, əsasən məlumat çatışmazlığı və ya dezinformasiya ilə bağlıdır. Müasir vaksinlər daha yüksək texnologiya ilə hazırlanır, ciddi beynəlxalq keyfiyyət və təhlükəsizlik nəzarətindən keçirilir. Tərkibi daha təmizlənmiş, əlavə maddələrdən maksimum dərəcədə arındırılmışdır. 

Bu gün istifadə olunan vaksinlərin yan təsir profili daha yaxşı öyrənilib və istehsal prosesi sovet dövrü ilə müqayisədə dəfələrlə daha şəffaf və elmi əsaslara söykənir.

- Valideynlərə peyvəndlə bağlı əsas mesajınız nə olardı?

- Burada söhbət təkcə fərdi qorunmadan getmir, bu, ictimai sağlamlıq məsuliyyətidir. Əgər valideyn öz övladını peyvənd etdirmirsə, təkcə öz uşağını deyil, digər uşaqları da təhlükə altına atmış olur. Uşaqları qorumağın ən effektiv və təhlükəsiz yolu vaxtında, düzgün və təqvimə uyğun peyvəndləmənin aparılmasıdır.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Peyvənd Şəlalə Poluxov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri