Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Peyvənd əleyhdarlarının peyvənd haqqında uydurduğu 7 ƏFSANƏ

Peyvənd əleyhdarlarının peyvənd haqqında uydurduğu 7 ƏFSANƏ

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nəzərinizə təqdim etdiyimiz peyvəndlər haqqında 7 əfsanə bir çox hallarda insanların düzgün qərar verməsinə mane olur.

Vaksinləmənin müasir təxəyyüldə 130 ildən artıq müddət ərzində mövcud olmasına baxmayaraq, bu mövzuda hələ kifayət qədər yanlış fikirlər də var.

Publika.az peyvənd haqqında geniş yayılmış səhv düşüncələri oxucuların nəzərinə çatdırır.

1-ci əfsanə: peyvəndlər artıq məğlub edilmiş xəstəliklər əleyhinə vurulur...

Onların faktiki olaraq məğlub edilmiş sayılması (əslində isə bu, sadəcə görüntüdür) məhz kütləvi şəkildə peyvənd olunmanın nəticəsidir. Buna kollektiv immunitet deyilir: əhalinin böyük əksəriyyəti peyvəndlənmişdirsə, infeksiyanın yayılması ehtimalı azalır.

Lakin son illərin təcrübəsi göstərir ki, nə məğlub edilməsi zənn olunan qızılca, nə də inkişaf etmiş ölkələrdə uzun müddətdən bəri müşahidə edilmədiyi poliomiyelit heç də gündəmdən yox olmayıblar. Hazırkı qızılca epidemiyaları kollektiv immunitetin zəifləməsi ilə əlaqədardır (bəzi ölkələrdə peyvənd əleyhdarlarının fəallığı nəticəsində, bəzilərində isə iqtisadi səbəblərdən). Moskva, Ural və İrkutsk xəstəxanalarında poliomiyelit təkrarən 2010-cu ildə – Tacikistandan gələn miqrant ailələrdən olan bir neçə uşaq gətirildikdə müşahidə edildi, həmin vaxt xəstəliyə tutulmuş adamlardan 15 nəfəri dünyasını dəyişdi. Odur ki, infeksiyalar yalnız qismən və müvəqqəti məğlub edilmiş sayıla bilər. Tetanus (quruma), quduzluq və ya ensefalit (beyinin iltihabı) kimilərinin təslim etmək fikri yox idi də.

2-ci əfsanə: bir yaşdan kiçik olan uşaqlar hər şeydən qorunub – onlara peyvənd gərək deyil

Həyatlarının ilk aylarında körpə uşaqlar həqiqətən də bəzi infeksiyalardan qorunmuş olur – onlarda hələ də ananın anticisimlərinin fəaliyyət göstərdiyi ana immuniteti qalmağa davam edir. Lakin o anticisimlərin əksəriyyəti körpənin 6 ayına qədər parçalanır, buna görə də tam bir il üçün mühafizə yetərli olmur. Hətta körpə tərkibində çoxlu sayda ananın anticisimləri olan ana südü ilə qidalanırsa belə. Əsasən belə bir passiv immunitet körpəni yalnız tənəffüs və bağırsaq infeksiyalarından, o cümlədən qızılca, məxmərək və s. bu kimi xəstəliklərdən qoruyur. Təəssüf ki, körpə anticisimlərin “nəzarəti” altında uzun müddət olmur və həmin anticisimlər peyvəndə, yaxud da bu və ya digər xəstəliyə qarşı cavab olaraq hasil olan özünün immuniteti ilə müqayisə oluna bilməz.

3-cü əfsanə: uşaq böyüyənə qədər peyvəndlərlə tələsməyə ehtiyac yoxdur – qoy immuniteti bərkisin

Gözləməyə qalsa, immunitet o dərəcədə bərkiyər ki, orqanizm peyvəndə və ya hansısa xəstəliyə qarşı həddindən artıq aqressiv reaksiya verə bilər. Bir çox uşaq infeksiyalarının böyüklərdə ağır xəstəlik yaratmasının səbəbi də məhz budur, peyvəndlərin əsas hissəsi isə bir yaşa qədər olunur (bəziləri isə müəyyən yaşa kimi). Bu yaşda körpənin immunitetinin vəziyyəti, bir tərəfdən, orqanizmin həddindən artıq kəskin “cavab verməsindən” qorunmağa, digər tərəfdən isə yetərli mühafizə yaratmasına imkan verir. Bundan əlavə, bir yaşa qədər infeksiyaların özü ilə rastlaşma riski daha az olur, çünki uşaq çox vaxt evdə və ya gəzintilərdə olur, virusların çox ola biləcəyi ictimai yerlərdə isə, demək olar ki, olmur.

4-cü əfsanə: peyvənd xəstəlik törədə bilər

Bu qənaət yalnız qrip peyvəndlərinə deyil, digər peyvəndlərə də aid olunan ən geniş yayılmış əfsanələrdən biridir. Müasir vaksinlər zəifləşdirilmiş, yaxud da ümumiyyətlə zərərsizləşdirilmişdir (inaktiv, İPV) – yəni tərkiblərində olan törədici mikrob xəstəlik yaratma qabiliyyətinə malik deyil. Lakin müəyyən şərtlər altında bunun mümkün olduğu hallar da var: məsələn, vaksinlə əlaqəli poliomiyelit. Bu hal uşaqlara poliomiyelit əleyhinə ağız yolu ilə (oral yolla) həyata keçirilən vaksinləmə (POV) zamanı baş verə bilər. Həm də təkcə peyvənd olunanlarda deyil, peyvənd olunduqdan dərhal sonra onlarla sıx təmasda olanlarda da. Bu səbədən, məsələn, əgər uşaq bağçasında kimsə POV damcıları ilə təkrar peyvənd olunursa, peyvənd olunmayan uşaqlar müvəqqəti olaraq başqa bir qrupa köçürülür. Damcı qəbul edən uşaqlara gəldikdə isə, vaksinlə əlaqəli poliomiyelit yalnız əvvəllər aktivləşdirilmiş peyvənd (İPV) edilməyən uşaqlarda müşahidə oluna bilər. Lakin müasir sxemlərə görə, bütün uşaqlara əvvəlcə IPV vurulur, yalnız ondan sonra damcı yolu ilə peyvənd olunur.

5-ci əfsanə: peyvəndlər autizm riskini artırır

Bu qənaət britaniyalı qastroenteroloq Endryu Ueykfildin məlumatlarına əsaslanan əsas anti-peyvənd tezisidir. 1998-ci ildə “Lancet” adlı nüfuzlu elmi jurnalda onun şərik müəllif olduğu bir məqalə dərc olunmuşdu. Məqalədə autizm və bağırsaq xəstəlikləri ilə MMR (1988-ci ildən etibarən Böyük Britaniyada istifadə olunan qızılca, məxmərək və parotit əleyhinə) peyvəndi arasında əlaqənin olduğundan bəhs olunub. Altı il sonra jurnal məqalənin həqiqətə uyğun olmadığı bəyanatını yayımladı. İstintaq nəticəsində Ueykfild faktların qəsdən təhrif edilməsinə görə tibbi fəaliyyət göstərmək hüququndan məhrum edildi. Həmin dövrdə və ondan sonra keçirilmiş heç bir tədqiqat autizmlə qızılcaya və ya hər hansı digər infeksiyaya qarşı edilən peyvənd arasında mümkün əlaqənin olduğunu təsdiqləmədi. Bunu həmçinin autizmə səbəb olduğu söylənilən peyvəndin tətbiq edilmədiyi və ya hay-küydən sonra daha az tətbiq edildiyi ölkələrin statistikası da təsdiqləmədi.

6-cı əfsanə: peyvəndlər immuniteti zəiflədir

Belə bir qənaətin nəyə əsaslandığı sual doğurur. İmmunitet ümumiyyətlə hətta həkimlərin belə kifayət qədər az məlumata malik olduğu qəribə bir sahədir. Onun KRVİ (kəskin respirator virus infeksiyası) mövsümündə “yüksəldilməsi” tələb olunmur, o, bir çoxlarının düşündüyü qədər tez-tez və ciddi şəkildə “düşmür”, xüsusilə də peyvəndin vurulması nəticəsində. Peyvənd olunarkən, bədənimizə onsuz da daim vəhdətdə olduğumuz yad zülallar daxil olur. Fövqəltəbii, xüsusilə də immuniteti zəifləməyə qadir olan heç bir hal baş vermir.

7-ci əfsanə: tərkibində konservantlar var, təhlükəlidir

Sözün düzü, konservantları (qoruyucu maddələri) faydalı adlandırmaq olmaz. Görəsən istifadə müddəti üç il olan balıq konservləri və ya peçenye alan adamı bu məsələ çoxmu qayğılandırır? Biz daim konservantlarla qarşılaşırıq, özü də söhbət təkcə qidadan getmir və buna görə bir o qədər də narahat olmuruq. Vaksinlərdə olan konservantların sayı isə zərər yetirə biləcək dərəcədə çox deyil. İstənilən halda, peyvənd mövzusu faydanın zərərdən müqayisəolunmaz dərəcədə çox olduğu haldır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri