Icma.az
close
up
RU
Peyvəndlənmə məcburi olacaq? AÇIQLAMA

Peyvəndlənmə məcburi olacaq? AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Peyvənd sadəcə tibbi prosedur deyil, həm də cəmiyyətin sağlamlıq təminatıdır. Peyvəndlənmiş hər bir uşaq təkcə özünü deyil, ətrafındakı insanları da qoruyur”.
Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva deyib.
O deyib ki, xüsusilə uşaq infeksiyalarının qarşısının alınmasında yüksək immunizasiya səviyyəsi həyati əhəmiyyət daşıyır:
“ÜST-ün 90 faiz, Azərbaycanın isə 95 faiz peyvənd hədəfi qoyması çox önəmlidir, çünki bu göstərici kollektiv immunitetin formalaşması üçün ideal sayılır. Əgər bu səviyyə qorunarsa, qızılca, boğmaca, difteriya kimi xəstəliklər yoxa çıxa bilər. Təəssüf ki, bəzən valideynlər sosial şəbəkələrdəki yanlış məlumatlara inanaraq peyvənddən imtina edirlər. Halbuki, bu qərar tək bir uşağın deyil, bütöv bir cəmiyyətin sağlamlığını riskə atır. Dövlətin bu sahəyə daha çox vəsait ayırması, peyvəndlərin keyfiyyətinə və əlçatanlığına nəzarətin gücləndirilməsi çox sevindirici haldır. Eyni zamanda, QİÇS-lə mübarizə üçün ayrılan əlavə maliyyə resursları da profilaktik tədbirlərin gücləndirilməsinə imkan yaradacaq”.
Həkim əlavə edib ki,  peyvəndlənmə məsələsində məcburilik anlayışı ölkədən-ölkəyə fərqlənir:
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yanaşmasına görə, peyvəndləmə tövsiyə olunan, lakin hüquqi məcburiyyətə çevrilməməlidir, əsas məqsəd maarifləndirmə və inam yaratmaqdır. Yəni insanları qorxutmaqla deyil, məlumatlandırmaqla peyvəndə cəlb etmək daha effektlidir. Bəzi ölkələrdə (məsələn, İtaliya, Fransa, Avstraliya) müəyyən peyvəndlər məcburi elan olunub. Çünki orada peyvənddən imtinalar nəticəsində qızılca və boğmaca kimi xəstəliklər yenidən yayılıb. Belə hallarda hökumətlər uşaqları qorumaq və ictimai sağlamlığı təmin etmək məqsədilə məcburi peyvənd qərarı veriblər. Azərbaycanda isə hazırda peyvəndləmə mütləq tövsiyə edilən, lakin könüllü əsasda həyata keçirilir”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri