Pezeşkian: İran heç vaxt nüvə silahına sahib olmaq niyyətində olmayıb
Icma.az, Pravda.az saytına istinadən bildirir.
İran heç vaxt nüvə silahına sahib olmaq niyyətində olmayıb.
Bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Pezeşkian qeyd edib ki, İsrailin İrana qarşı hücumları nüvə sahəsində aparılan danışıqlar prosesi ilə üst-üstə düşüb.
“Mən hakimiyyətə dünya ilə qarşılıqlı anlaşma və nüvə sahəsində konsensus axtarışı məqsədilə gəlmişəm, lakin ilk gündən İsrail bu məqsədə çatmağa mane olmağa çalışıb. İran həmişə dialoq və qarşılıqlı fəaliyyət yolu ilə nüvə sahəsində razılığa gəlməyə hazır olub. İranın təzyiq altında qeyri-rasional tələbləri və ikili standartları qəbul edəcəyini düşünmək yanlışdır,” – deyə Pezeşkian vurğulayıb./Trend

Pezeşkian: “İran nüvə bombası yaratmaq niyyətində deyil”
18 May 2025 14:39
Pezeşkian: Nüvə silahı yaratmaq niyyətində deyilik
15 Yanvar 2025 09:25
İran heç zaman nüvə silahına sahib olmayacaq Netanyahu
06 Fevral 2025 10:56
Pezeşkian: İran heç vaxt Trampa suiqəsd etməyi planlaşdırmayıb
15 Yanvar 2025 05:34
İran nüvə silahına sahib olmaq arzusundan əl çəkməlidir Tramp
14 Aprel 2025 22:36

