ISW: Rusiya tərəfi Dnepropetrovsk vilayətinə üç istiqamətdən hücum etməyə çalışırlar
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya ordusu Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə çıxmağa çalışırlar, eyni anda bir neçə istiqamətdən irəliləyirlər.
APA xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında qeyd olunur. Analitiklər detallı olaraq bildirirlər ki, ruslar şərqdən Novopavlovka kəndinə doğru üç taktiki istiqamətdən tədricən irəliləyirlər və Dnepropetrovsk vilayətinə daxil olmağa çalışırlar.
Həmçinin, geolokasiya edilmiş videolar rusların Orexovo kəndinin (Novopavlovkanın şərqində yerləşir) mərkəzi hissəsində irəliləyişini göstərir. Mümkündür ki, onlar artıq bu kəndi ələ keçiriblər.
Analitiklər xatırladırlar ki, Rusiya Dnepropetrovsk vilayətinə çoxistiqamətli hücum həyata keçirir — hücumlar şərqdən, cənub-şərqdən və cənubdan Novopavlovka istiqamətində aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 İyun 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















