Pezeşkian: “İran xalqı təslim olmayacaq”
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir.
Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanların olmamasına görə təslim olsun, ancaq İran xalqı təslim olmayacaq”, – o bildirib.
Pezeşkianın sözlərinə görə, Vaşinqton müharibəni düzgün formada aparmır:
“Əgər bunlar müharibə adamıdırsa, hərbçilərlə savaşsınlar; xalqın çörəyi, dolanışığı və infrastrukturu ilə nə işləri var? Niyə xalqın su və qida yolunu bağlayırlar?”.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib. Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çata biləcəyini açıqlayıb./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Sentyabr 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















