Icma.az
close
up
RU
Pezeşkian İranla Azərbaycan arasında normal münasibətlərin qurulmasında maraqlıdır

Pezeşkian İranla Azərbaycan arasında normal münasibətlərin qurulmasında maraqlıdır

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"İran prezidenti Pezeşkianın Azərbaycana səfəri, sələflərindən fərqli olaraq kifayət qədər səmimi əhval-ruhiyyədə keçdi. Bu da təbii olaraq, İran prezidentinin milli kimliyi, son zamanlar şair Şəhriyarın şeirlərini doğma dildə səsləndirməsi, Azərbaycan xalqında rəğbət oyatması ilə bağlıdır. Hiss olunur ki, Pezeşkian İranla Azərbaycan arasında normal münasibətlərin qurulmasında maraqlıdır. Bu baxımdan səfəri əlamətdar hadisə kimi qiymətləndirmək olar".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev İran prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, bütün bunlarla yanaşı, nəzərə almaq lazımdır ki, İran dövlət idarəetmə sistemində əsas söz sahibi ali dini rəhbər Seyid Əli Xamaneyi və bilavasitə onun tabeliyində olan “SEPAH”-dır:
"Prezidentin onlara təsir imkanları məhduddur. Düşünürəm ki, Pezeşkianın müstəqil siyasət aparmaq imkanları olsaydı, münasibətlərdə daha da irəli getmək mümkün olardı. Əfsuslar olsun ki, indiki şərtlərlə bu qeyri-mümkün görünür. Pezeşkianın səfər öncəsi Azərbaycan televiziyasına verdiyi müsahibədə də hiss olunurdu ki, prezident mövcud sistemlə barışmaq məcburiyyətindədir".
Nəsib Məhəməliyev qeyd edib ki, Qarabağın işğaldan azad olunması ilə, regionda vəziyyət kökündən dəyişdi:
"Azərbaycanın formalaşdırdığı yeni reallıqlarla hamı, o cümlədən İran hesablaşmalı oldu. Baxmayaraq ki, İran rejimi müharibədən sonra da, Ermənistanın yanında oldu, Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış etdi. Səfirliyimizə qarşı terror aktı həyata keçirildi".
Deputat onu da deyib ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır:
"Azərbaycanla iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq, uzun illər beynəlxalq sanksiyalardan əziyyət çəkən İran üçün, son dərəcə əhəmiyyətlidir. Düşünürəm ki, iki dövlət başçısı tərəfindən imzalanmış bəyannamə, ayrı-ayrı nazirliklər arasında əldə olunmuş razılaşmalar, münasibətlərimizin inkişafına təkan verəcəkdir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri