Pezeşkian Zəngəzurla bağlı Ermənistana xəbərdarlıq etdi
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“İran Zəngəzur dəhlizi ilə bağlı yaranan suallara dair Nikol Paşinyan hökumətindən lazımi cavabı ala bilməyib”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Söhbət Zəngəzur dəhlizinə ABŞ-nin hansı şəkildə nəzarət edəcəyindən gedir. İran dəhlizin ABŞ hərbi qüvvələrinin nəzarətində olacağını güman edir.
Surenyants məsələ ilə əlaqədar bildirib ki, İran Prezidenti Məsud Pezeşkian dünən İrəvanda ona verilən izahatlardan razı qalmayıb.
İran prezidenti İrəvana səfərini yekunlaşdırarkən xatırladıb: “Üçüncü qüvvələrin (Zəngəzur dəhlizinə nəzarət məqsədilə – red.) ümumi sərhədlərimiz yaxınlığında olması ilə bağlı narahatlığımız həll olunmalıdır”.
“Bu sözlər onu deməyə əsas verir ki, İrəvanın izahatları Tehranın şübhələrini aradan qaldırmayıb”, – ekspert vurğulayıb.
Baxış sayı:77
Bu xəbər 20 Avqust 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















