Pezeşkian məktub yolladı: “Azərbaycanın hörmətli xalqını səmimi qəlbdən təbrik edirəm” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
İran prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibətilə İlham Əliyev əməktub ünvanlayıb.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Mərhəmətli və rəhmli Allahın adı ilə!
Zati-aliləri.
Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hicri-şəmsi təqvimi ilə 1404-cü ilin başlanğıcı olan Novruz bayramı münasibətilə Sizi və Azərbaycan Respublikasının hörmətli xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bahar təbiətin ahənginin təcəssümüdür, mehribanlıq, şəfqət və həyatın yenilənməsinin mənbəyidir. Ümid edirəm ki, bu Yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək və xalqlarımızın rifah və firavanlığına xidmət edəcək.
Uca Allahdan Zati-alinizə cansağlığı və uğurlar diləyir, Azərbaycan Respublikasının xalqına isə xoşbəxtlik və tərəqqi, o cümlədən Novruz bayramını qeyd edən xalqların regionunda əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsini arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 22 Mart 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















