Icma.az
close
up
RU
Pezeşkian nicat qapılarını döyür ŞƏRH

Pezeşkian nicat qapılarını döyür ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İran Prezidentinin Azərbaycana səfəri ciddi hadisədir  


Asəf Quliyev: “İran Azərbaycana əl uzatdı, Tehran hər vasitə ilə özünü qorumağa çalışır”


Elçin Xalidbəyli: “İki ölkə arasında münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur”

İran Prezidenti Məsud Pezeşkianın Bakıya etdiyi rəsmi səfəri, Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.  Pezeşkian səfər zamanı İran və Azərbaycan arasında yaranmış anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb. O, iki ölkənin "vahid bir orqanın üzvləri" kimi olduğunu və sərhədin hər iki tərəfində yaşayan insanların dərin dostluq və qarşılıqlı maraqları bölüşdüyünü qeyd edib. Səfər çərçivəsində səhiyyə, ticarət, sənaye, mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Prezidentlər arasında imzalanan Birgə Bəyanat və digər sənədlər bu istiqamətdə atılan konkret addımların göstəricisidir.


Onu da qeyd edək ki, İran prezidenti Masud Pezeşkianın Azərbaycana səfərindən sonra ikitərəfli münasibətlərdə  müəyyən istilik hiss olunsa da, bəzi ekspertlər perespektivdə İran və Azərbaycan arasında əhəmiyyətli irəliləyişin mümkünsüz olduğunu qeyd edirlər. Qeyd edirlər ki, İrana uzun sürən beynəlxalq təzyiqlər fonunda və mümkün hücumların müzakirə edildiyi bir dövrdə Pezeşkianın Azərbaycana səfəri məhz İran fars rejiminin qorunması üçün Azərbaycanın imkanlarından istifadə etmək və İran daxilində Cənubi Azərbaycan faktorunu zərərsizləşdirməkdir.


Araşdırmaçı- jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında İranın ciddi xarici təhdidlərlə üz-üzə olduğunu vurğulayıb. Onun sözlərinə görə,  İslam Respublikası hər vasitə ilə özünü qorumağa çalışır: 

“Xarici təhdidlər fonunda daxili təhdidlərlə üzləşmək istəmir. İranda ən ciddi daxili təhdid isə Cənubu Azərbaycan reallığı ola bilər.  Sözsüz ki, İranda Azərbaycana qarşı ümumilikdə antipatiya olsa da, həttə bütün İran istemlişmenti Azərbaycanı İranın bir hissəsi hesab etsə də bu gün Azərbaycan Respublikası dövlətinə əl uzatmaq məcbutriyyətindədilər. Həm İran İslam Respublikası üçün daxili təhdidlər qorxusu, həm də xarici təhdidlər nkoalisiyasında Azərbaycanın yer almaması üçün bizə qarşı ritorika kifayyət qədər yumuşaqdır.  Bu İranın marağı...  Rəsmi Bakı isə dinc yanaşı yaşamaq və uğurlu  iqtisadi layihələrin reallaşmasında maraqlıdır. Sözsüz ki, İqtisadi layihılərdə İranın iştirakı bu ideyalara müsbət çalatrlar əlavə edə bilər. Belə olan halda niyə də İrandan imtina etməliyik və yaxud da münasibətlərin gərginləşməsini istəməliyik? Bütün bunlarla yanaşı regionda təhlükəsizlik balansının qorunmasında da İranın rolu var. Azərbaycan isə təhlükəsiz region və təhlükəsiz dünya xəttinə sadiqdir. Nə qədər ki, bu maraqlar dominant olacaq Azərbaycan və İran arasında münasibətlər müsbət dinamika ilə davam edəcək”.


Siyasi ekspert Elçin Xalidbəyli də Sherg.az-a bildirib ki, İran prezidenti Masud Pezeşkianın Azərbaycana səfəri kifayət qədər ciddi və əhəmiyyətli bir haldır: 


“Son illər Azərbaycan- İran münasibətlərindəki  gərgin və ziddiyyətli nüansları nəzərə alanda bu görüş yeni bir mərhələnin başlanğıcı  ola bilər. Səfər iki qonşu ölkə arasında münasibətlərin normal məcraya yönəldilməsi üçün eyni zamanda, əməkdaşlıq sahələrinin inkişafı baxımından olduqca böyük əhəmiyyət daşıyır. İranın çətin geosiyasi şəraitdə Azərbaycanla münasibətləri gücləndirməsi, hər iki tərəf üçün strateji və iqtisadi baxımdan önəmli addımdır. Rəsmi Bakı hər hansı bir  dövlətlə münasibətlərini möhkəmləndirəndə üçüncü dövlətlərin mövqeyinə elə  də əhəmiyyət vermir. Bərabərhüquqlu münasibətlərə daha çox önəm verən  Azərbaycan dövləti üçüm əsas məsələ ikitərəfli münasibətlər və ortaq maraqların müdafiəsidir. Görüş zamanı Azərbaycan-İran münasibətlərinin daxili məntiqi və suveren xarakteri vurğulandı, rəsmi danışıqlarda üçüncü ölkələrin adı çəkilmədi, bu isə ikitərəfli əməkdaşlığın xarici təsirlərdən uzaq qurulmasına dair mühüm mesajdır. Bu, regionda sabitliyin qorunması və qarşılıqlı maraqların təmin olunması baxımından müsbət və strateji yanaşmadır”.


Azərbaycanla İranın ortaq maraqlarına toxunan  politoloq deyib ki, iki ölkə arasında ticari iqtisadi, təhlükəsizlik,  nəqliyyat- kommunikasiya  sahəsində əməkdaşlıq  etmək üçün kifayət geniş imkanlar mövcuddur. Bu səfərin Azərbaycan- İran münasibətlərində dönüş nöqtəsi kimi roluna toxunan E. Xalidbəyli qeyd edib ki, mövcud qlobal situasiya hər iki ölkənin münasibətlərinin daha pozitiv istiqamətlərə yönəldilməsini diktə edir: 


"Hətta İran üçün Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi indiki mərhələdə əsas prioritetlərdən biri sayılır. İrana xarici təzyiqlər son vaxtlar atmaqda davam edir. Azərbaycan da balanslı və çox vektorlu xarici siyasət yürütməyə üstünlük verir. Üstəlik, İran Cənubi Qafqazda müəyyən geopolitik mövqe nümayiş etdirmək iddiasındadır. Bu baxımdan Azərbaycanla yaxşı münasibətlər İranın Cənubi Qafqazdakı mövqelərinə müsbət təsir göstərə bilər. Əvvəldə də vurğuladığım kimi Azərbaycanla İran arasında münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri