Icma.az
close
up
RU
Pezeşkian və ətrafı Zəngəzur dəhlizinə etiraz etmədilər ŞƏRH

Pezeşkian və ətrafı Zəngəzur dəhlizinə etiraz etmədilər ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Onların əsas narahatlığı ABŞ-nin bölgəyə gəlməsidir

Yaxın Şərqdə geosiyasi balansın dəyişməsi, regional münaqişələrin dərinləşməsi və böyük güclərin maraq toqquşması İranın daxili və xarici siyasətində mühüm dönüş nöqtələri yaradıb. Bu mürəkkəb şəraitdə İran rəhbərliyi bir tərəfdən ideoloji xəttini qorumağa çalışsa da, digər tərəfdən yaranan reallıqlara uyğun mövqe sərgiləməyə məcbur qalır. Mövcud vəziyyət Xamenei ilə Pezeşkian arasında fikir ayrılığının olduğunu üzə çıxarır. 


Güneyli siyasi şərhçi Kərim Əsğəri Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"Pezeşkian Xamenei ilə fərqli fikirdə deyil və ya ona qarşı çıxmır. O açıq şəkildə bildirir ki, hər nə danışırsa, bu, Xamenei ilə razılaşdırılmış şəkildə baş verir, əlavə izahata isə ehtiyac yoxdur. Pezeşkianın məsələlərə realist yanaşmasının iki əsas səbəbi var.

Birinci amil, İran-İsrail müharibəsindən sonra Pezeşkianın verdiyi önəmli açıqlamadır. O qeyd etdi ki, əgər ciddi dəyişikliklərə getməsələr necə ki, əvvəl gəlib onları vurub getdilər, yenə də eyni vəziyyətlə üzləşəcəklər. Bu onun İranın hazırkı durumuna realist yanaşdığını göstərir.

Zəngəzur dəhlizi məsələsində isə Xameneinin sözçüsü açıq şəkildə bildirdi ki, Rusiya İranla olsa da, olmasa da, onlar bu dəhlizə qarşı çıxacaqlar. Amma gördük ki, istər Pezeşkian, istər İranın Xarici İşlər Nazirliyinin sözçüsü, istərsə də hökumət rəsmiləri daha fərqli və yumşaq mövqe sərgilədilər. Onların əsas narahatlığı ABŞ-nin bölgəyə gəlməsidir. Dəhlizin özünə isə açıq şəkildə etiraz etmədilər".


Siyasi analitik İranda yaranan məcburiyyətin iki əsas qaynağının olduğunu bildirib: 

"Yaranan məcburiyyətin qaynaqlarından birincisi, ölkənin həm iqtisadi, həm də təhlükəsizlik baxımından yaşadığı mövcud vəziyyətdir. 12 günlük müharibə zamanı İsrail qırıcıları istədikləri nöqtələrə daxil olub bombarduman etdilər. İran bu qarşıdurmada aciz qaldı. Hətta SEPAH-ın İran daxilindəki ən yüksək rütbəli, açar rolu olan generallarından bəziləri bu prosesdə ortadan qaldırıldı. Lakin ölkədəki radikal qruplar hələ də özlərini bu savaşın qalibi kimi göstərməyə çalışırlar. Pezeşkian isə fərqli düşünür".


Müsahibimiz ikinci və daha önəmli məsələnin Pezeşkianın İrandakı etnik məsələlərə realist yanaşması olduğunu söyləyib:

"Pezeşkian dəfələrlə dolayısı və ya açıq şəkildə bu məsələni dilə gətirib. Pezeşkian görür ki, İranda yalnız Cənubi Azərbaycan deyil, eyni zamanda Bəlucistan, Kürdüstan və Ələhvaz bölgələrində də ciddi narazılıqlar mövcuddur. O bu narazılıqların iqtisadi və siyasi böhranla birlikdə daha da böyüməsini istəmir və çalışır ki, bu gərginliyi idarə etsin.

Bütün bu faktları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, İranın bu məsələlərdə istər dövlət səviyyəsində, istərsə də Xameneinin mövqeyində atdığı geri addımlar sadəcə siyasi iradənin deyil, məcburiyyətin nəticəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri