Pezeşkian Nyu Yorka gedir ABŞ dən qəribə qadağa
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkianın 81-ci BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak etmək üçün ABŞ-yə səfəri planlaşdırılır.
“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, son anda dəyişiklik olmadığı təqdirdə Pezeşkianın ABŞ-yə səfəri gözlənilir.
Onun Baş Assambleyada İranın mövqeyi ilə bağlı çıxış edəcəyi və müxtəlif dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.
ABŞ Dövlət Departamenti sentyabrın 17-də Pezeşkiana, xarici işlər naziri Abbas Əraqçi və digər yüksəkvəzifəli İran rəsmilərinə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün viza verildiyini açıqlayıb.
Dövlət Departamentinin bəyanatında bildirilib ki, ev sahibi ölkə öhdəliklərinə uyğun olaraq İranın əsas nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirakına imkan yaradacaq.
Bununla yanaşı, nümayəndə heyəti səyahət məhdudiyyətlərinə məruz qalacaq. Həmçinin siyasətə uyğun olaraq lüks və digər malların alınmasına qadağa tətbiq ediləcək. Builki nümayəndə heyətinin ötən illə müqayisədə daha kiçik olduğu qeyd olunub.
Qeyd edək ki, ötən il İran rəsmiləri BMT missiyalarından nə qədər məsafədə hərəkət edə biləcəkləri ilə bağlı ciddi məhdudiyyətlərlə üzləşib və topdansatış mağazalarında alış-veriş etmələrinə qadağa qoyulub.
Baxış sayı:107
Bu xəbər 20 Sentyabr 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















