Icma.az
close
up
RU
Pezeşkian o şeirlə nə demək istədi? Tehranın gizli mesajı

Pezeşkian o şeirlə nə demək istədi? Tehranın gizli mesajı

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Prezident Pezeşkian bu misraları oxumaqla şübhəsiz ki, öz dövlətinin rəsmi mövqeyinə zidd hərəkət etmir”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli yazıb.

O qeyd edib ki, İran dövləti Azərbaycan Respublikasına özünün itirilmiş tarixi ərazisi olaraq baxır:

“Bu ərazi, yəni şimali Azərbaycan Rusiya İmperiyası tərəfindən zor gücünə – müharibə yolu ilə Qacarlardan qoparılıb. Arazı təbii sərhəd kimi ruslar müəyyənləşdirib. Bu səbəbdən İran rəsmiləri (etnik mənsubiyyətindən asılı olmayaraq) ayrılıq mövzusunda dərdlənərkən və Şəhriyar poeziyasına müraciət edərkən səmimidirlər. Onlar Gülüstan və Türkmənçay müqavilələrini İran torpaqlarının itirilməsinə səbəb olan faciə kimi qəbul edirlər”.

Politoloq xatırladıb ki, Prezident Həsən Ruhani 2019-cu ildə inqilabın 40-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən aşağıdakları söyləmişdi:

“Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar…”

Yəni, İran dövləti, açıq söyləməsə də, əslində vahid Azərbaycanın tərəfdarıdır – əlbəttə ki, öz tərkibində. İran prezidentinin İran dövlətini parçalayaraq vahid, müstəqil Azərbaycan dövləti qurmaq istədiyinə inanmaq ağla və məntiqə zidd olardı.

Sadəcə olaraq, rejim özünün və dövlətin gələcəyi baxımından ekzistensial təhdid gördüyü üçün etnik türk olan siyasətçini bu mərhələdə önə çıxarmaq zərurəti hiss etdi. Bu, daxili siyasətdə milli birliyə, xarici siyasətdə isə qonşu türk dövlətləri Türkiyə ilə Azərbaycanın İrana qarşı ABŞ-İsrail planlarında yer almasını əngəlləməyə yönəlmiş strateji düşüncənin məhsuludur. Nəticəsi nə olacaq, o ayrı məsələ…”, – Ş.Cəfərli bildirib. /globalinfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri