Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Pezeşkianın bu mövqeyi Azərbaycan üçün ciddi bir mesajdır AÇIQLAMA

Pezeşkianın bu mövqeyi Azərbaycan üçün ciddi bir mesajdır AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian Zəncanda Azərbaycanla münasibətlərə dair açıqlama verib. O, Azərbaycanı "qohum xalq" adlandıraraq, iki qonşu ölkə arasında əlaqələrin qurulmamasının məsuliyyətini İran tərəfinə aid edib. Pezeşkian bildirib ki, əgər əlaqə qurulmazsa, deməli, günah İranındır. 

Redaktor.az-a açıqlamasında millət vəkili Azər Allahverənov bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın son zamanlar Azərbaycanla bağlı səsləndirdiyi fikirlər şübhəsiz ki, çox pozitivdir və iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

"Konkret olaraq, o bildirir ki, iki qonşu ölkə arasında əlaqələr qurulmursa, bunun məsuliyyəti İran tərəfdədir. Bu isə eyni zamanda bir çox məqamlardan xəbər verir. Ən zaman-zaman Azərbaycan həmişə özünün sülhməramlı olduğunu və mehriban qonşuluq siyasətini yürütdüyünü nəinki dilə gətirib, hətta konkret əməlləri ilə də göstərən dövlət olub. Azərbaycan xüsusilə İranla bağlı məsələlərdə həmişə həssaslıq nümayiş etdirib. Baxmayaraq ki, bir çox bölgə üçün əhəmiyyətli və kifayət qədər gərgin olan məsələlər mövcuddur, Azərbaycan diplomatik şəkildə bu proseslərə yalnız maneçilik törətməmiş, əksinə mövcud gərginliyi aradan qaldıran bir yanaşma sərgiləmişdir".
Millət vəkili əlavə etdi ki, İran üçün mühüm əhəmiyyət kəsb edən bir sıra regional layihələr məhz Azərbaycan tərəfindən ideya olaraq irəli sürülüb.

"Məsələn, Astara-Rəşt dəmiryolunun inşası ilə bağlı İran tərəfinin vəsaitin yetərli olmaması halında Azərbaycanın 500 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstərməsi kimi proseslərdə Azərbaycan həmişə mehriban qonşuluq siyasətinə sadiqliyini nümayiş etdirib. Lakin belə bir şəraitdə biz zaman-zaman İranda, müəyyən mənada ictimai-siyasi mühitə təsir edən və bəzi hallarda kifayət qədər güclü siyasi rıçaqları əlində saxlayan müəyyən mərkəzlərin anti-Azərbaycan ritorikasını yaymaqda, cəmiyyətdə informasiya mühitində bu ritorikanın dövr etməsində maraqlı olduqlarını görürük. Bu isə təbii ki, birbaşa olaraq Azərbaycanla münasibətlərin İran daxilində birmənalı qarşılanmadığını göstərir. Xüsusilə söhbət konstruktiv dialoq üzərində qurulan və qarşılıqlı fayda verə biləcək proseslərdə Azərbaycanın uğurlarından gedir ki, bəzi dairələr bunu həzm edə bilmirlər və hətta İranda siyasi hakimiyyətə təsir etmək imkanları da vardır. Amma bu gün Pezeşkianın faktiki olaraq belə bir mövqedə fikir bildirməsi həm Azərbaycan üçün ciddi bir mesajdır, həm də Azərbaycanın həmişə dilə gətirdiyi fikri təsdiq edən bir hal kimi qiymətləndirilə bilər. Digər tərəfdən, bu fikirlər həm də İran daxilindəki auditoriyaya ünvanlanmış çox ciddi mesajdır. Xüsusilə o dairələrə ki, mərkəzi hakimiyyətə Azərbaycanla bağlı siyasətdə mehriban qonşuluq prinsiplərinə uyğun olmayan yanaşmanı dəstəkləməyə cəhd edirlər və buna görə hökumətə təsir göstərirlər. Pezeşkianın bu mesajı onlara aydındır: öz bu kimi yanaşmalarından əl çəksinlər və Azərbaycanla yalnız mehriban qonşuluq siyasətinin aparılmasına dəstək versinlər.
Müsahibimiz bildirdi ki,  Azərbaycanla bağlı xarici siyasət məhz bu prinsiplər üzərində qurulmalıdır.

"İran cəmiyyətində baş verən bəzi anti-Azərbaycan əhval-ruhiyyəsi isə yenə də İran daxilindəki proseslərdən və problemlərdən qaynaqlanır. Pezeşkian buna da işarə edir və məsuliyyətin məhz özündə axtarılmasını vurğulayır. Prezident olaraq o, bu fikri səsləndirməklə hansı dairələrə mesaj göndərdiyini çox yaxşı bilir", - deyə Azər Allahverənov qeyd etdi.

Xədicə BAXIŞLI
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri