İrəli və geri sürəti eyni olan sovet motorolleri FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu texnikanı sovet dövrünü görmüş insanlar yaxşı xatırlayırlar. Bu gün də Azərbaycan rayonlarında Muravey motorollerinə rast gəlmək mümkündür.
Bəs bu üçtəkərli texnikanın maraqlı cəhəti nədən ibarətdir?
Avtosfer.az xəbər verir ki, Muravey motorolleri ötən əsrin 50-ci illərində Tulada layihələndirilib. Texnikaya Almaniya motorollerlərindən oğurlanmış mühərrik qoyulur. Transmissiya isə mühərriklə arxa körpünü zəncir (bəzi versiyalarda kardan) vasitəsilə sərt şəkildə birləşdirirdi. Dönmə zamanı aşmasın deyə differensial mexanizm dəyişdirildi, reduktora satellitlər əlavə olundu. Lakin, iş bununla bitmədi.
Həmin dövrdə dünyada əksər, SSRİ-də isə bütün motosikletlərdə geriyə hərəkət yox idi. Əslində, buna ehtiyac da yox idi və indi də ciddi zərurət yoxdur. Lakin, 200 kiloqram yüklə ağır motorolleri əllə geri itələmək mümkün deyildi. Bu yerdə mühəndislər dilemma qarşısında qaldılar: geri ötürmə tətbiq ediləcəyi halda, ötürmələr qutusunda ciddi dəyişiklik mütləqdir. Bunun üçün yenidən layihələndirmə aparılmalı, sınaqlar keçirilməli və istehsala tətbiq olunmalıdır. Deyilənlər vaxt, xərc və texnologiya tələb edir. Rəhbərlik icazə verməyəcək.
Mühəndislər çıxış yolunu tapdılar: onlar ötürmələr qutusuna toxunmadılar, arxa körpüyə parazit val əlavə etdilər. Bu val ayrıca dəstəklə işə qoşulurdu. Val işə qoşulduqda motoroller geriyə hərəkət edirdi.
Nəticədə qatardakı kimi revers sistemi alındı: motoroller geriyə də eyni sürətlə hərəkət edə bilirdi (metro və ya tramvay vaqonu kimi). Başqa sözlə, texnikanı həm irəli, həm də geriyə saatda 60 kilometr sürətlə sürmək mümkün idi. Lakin, sürət təhlükəli olduğu üçün geriyə tövsiyə edilən maksimal sürət 20 kilometr/saat idi.
Əlbəttə ki, tövsiyəyə əməl edən az oldu. Yüksək sürətlə geriyə hərəkət zamanı sükanın kəskin döndərildikdə qəza qaçınılmaz idi. İttifaqı bürüyən qəzalardan sonra 1962-ci ildə geriyə hərəkət zamanı 3 və 4-cü ötürmələri bloklayan mexnizm tətbiq edildi. Köhnə modellər sıradan çıxdıqca, geriyə hərəkət qəzaları da azaldı.
Bu gün də Azərbaycan rayonlarında 80-ci illərdə istehsal edilmiş çox sayda Muravey görmək mümkündür.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 06 Noyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















