Icma.az
close
up
RU
Pezeşkianın oğlu Azərbaycanla münasibətlərdən danışdı: “Üç variant var...”

Pezeşkianın oğlu Azərbaycanla münasibətlərdən danışdı: “Üç variant var...”

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İranda Azərbaycana qarşı səsləndirilən ittihamlara cavab verib.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “NasrNews” portalı məlumat yayıb.  
İran liderinin oğlu bildirib ki, görülən bütün işlərin nəticələri var və o nəticələrdən qaçmaq mümkün deyil:
“Odur ki, biz nəyisə demək və nəyisə ifadə etmək istəyəndə dediklərimizin doğruluğuna inanmaqla yanaşı, öz sözlərimizin nəticələrini də düşünməli, onların nəticələrini ölçüb-biçməliyik”.
Y.Pezeşkian qeyd edib ki, bəzi insanlar bir müddətdir ki, davamlı olaraq “Azərbaycan İsrailə müharibədə kömək edib” iddiasındadırlar:
“Belə bir iddia irəli sürməzdən əvvəl ilk növbədə bu iddianı təsdiq edən hansı sənədlərin və sübutların olduğunu araşdırmalıyıq. Kəşfiyyat və təhlükəsizlik təşkilatları bu barədə məlumat veriblərmi? Azərbaycanda yaşayan iranlılardan məlumatlarımız, müşahidələrimiz varmı? Azərbaycanın İrana qarşı müharibədə İsraili dəstəklədiyini sübut edən hansı sübutlar var? Halbuki təhlükəsizlik orqanları bunu təsdiqləməyib. Növbəti mərhələdə bu iddianın ölkəmizə hansı fayda gətirəcəyini araşdırmalıyıq. Biz Azərbaycanla münasibətlərimizin gələcəyinin gərgin olmasını istəyirikmi?”
O, həmçinin Azərbaycanla münasibətdə üç variantın olduğunu bildirib:
“Birincisi, Azərbaycanla müharibə aparmaq, ya da Azərbaycanı bizimlə müharibəyə təhrik etmək. İkincisi, Azərbaycanla məsələni həll etmədən iki ölkə arasındakı münasibətləri nə müharibə, nə də sülh vəziyyətində saxlamaq. Üçüncüsü, fikir ayrılıqlarımıza baxmayaraq, qonşu olmaq və birlikdə işləmək”.
Onun sözlərinə görə, birinci variant həm ölkə rəsmilərinin, həm də ölkənin maraqlarına uyğun deyil. Ancaq təəssüf ki, irəli sürülən iddialar ölkəni birinci varianta doğru sürükləyir.
Pezeşkianın oğlu bildirib ki, ikinci variantda inananlar əslində düşünürlər ki, biz Azərbaycanla dost deyilik, amma biz hərbi münaqişəyə də girmək istəmirik:
“Bu variant da bizim marağımıza uyğun deyil. Niyə? Çünki kiməsə düşmənçilik etdikdə onun sizə qarşı tədbir görməsini gözləməlisiniz. Müharibə təkcə hərbi əməliyyat deyil. Beynəlxalq forumlarda əleyhinizə səs verirlər, əks mövqe nümayiş etdirirlər. Onlar iqtisadiyyatda sizə hər cür zərər verə bilərlər”.
Y.Pezeşkian üçüncü variantın isə bütün siyasi və beynəlxalq məsələlərdə olduğu kimi “Heç bir iki ölkənin eyni mövqe və yanaşmalara malik olmadığı” fərziyyəsinə əsaslandığını qeyd edib:
“Yəni, təbii olaraq fikir ayrılıqları var. Ancaq fikir ayrılıqlarına, hətta bəzən toqquşan maraqlara baxmayaraq, biz əməkdaşlıq edə biləcəyimiz və bir-birimizə fayda verə biləcəyimiz ümumi məsələlər tapa bilərik. İqtisadi, ticari və hətta təhlükəsizlik məsələlərində də biz bir-birimizə kömək edib, fikir ayrılıqlarını mümkün qədər həll edə və ya minimuma endirməyə çalışa bilərik”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri