İsrail səfiri Azərbaycanla münasibətlərdən danışdı
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı genişləndirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.
"Şübhəsiz ki, İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər genişlənir. Bu, həm "Tamar" yatağını, həm də İsrail şirkətlərində, məsələn, IDE (Israeli Desalination Company) şirkətində payların alınmasının müzakirəsini əhatə edir. Əminəm ki, gələcəkdə əməkdaşlıq üçün daha çox istiqamətlər yaranacaq", - o qeyd edib.
Ölkələrimiz arasında turizmin inkişafından danışan səfir qeyd edib ki, 2025-ci ildə İsraildən Azərbaycana turist axını artıb.
"2025-ci ildə Azərbaycana təxminən 70 min israilli turist gəlib. Bundan başqa, Azərbaycandan tranzit qovşaq kimi istifadə edərək Bakıdan digər istiqamətlərə uçanların sayı da çox olub. Ümid edirəm ki, bundan sonra da Azərbaycana gələn İsrail vətəndaşlarının sayının artacağını müşahidə edəcəyik", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 01 May 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















