Icma.az
close
up
RU
Pezeşkianını səfərini səbirsizliklə gözləyirdik: Bakı və Tehran birgə addımlayacaq

Pezeşkianını səfərini səbirsizliklə gözləyirdik: Bakı və Tehran birgə addımlayacaq

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan-İran münasibətləri uzun illərə dayanan ortaq tarix, mədəniyyət və dini dəyərlər əsasında formalaşıb. Bu əlaqələrin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi reallıqlar fonunda uğurla davam etdirilir.

İki ölkə arasında münasibətlərin möhkəmliyi yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Azərbaycan və İranı yaxın qonşuluqla yanaşı, ailəvi-qohumluq telləri və qardaşlıq bağları da birləşdirir. Bu isə qarşılıqlı münasibətlərə xüsusi səmimiyyət və dərinlik qazandırır. Son dövrlərdə ölkələrimiz arasında əməkdaşlıq tendensiyası daha da güclənib. Tərəflər bir daha nümayiş etdirirlər ki, İran-Azərbaycan münasibətləri daxili məntiqə əsaslanır və üçüncü dövlətlərin bu prosesə müdaxiləsi yolverilməzdir. Regional sabitlik və inkişaf baxımından bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.


Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a bildirib ki, Bakı və Tehran arasında çoxdan lazım olan və siyasi realizm baxımından da ən məqbul sayılan siyasi iradənin nəhayət ki, şahidi oluruq:


"Bu, ikitərəfli deyil, çoxtərəfli əlaqə və müzakirələrin nəticəsi olduğu qədər, həm də münasibətlərin müsbət məcrada inkişafı regional aktorlar üçün son dərəcə lazımdır. Qarabağ məsələsinin həll olunması regional xalqların rifahının yaxşılaşmasının, iqtisadi açılımının qarşısını açdı. Keçmiş və indiki regional rəqabət qədər dünyada baş verən siyasi prosesləri də nəzərə alsaq, regional aktorların bir hədəfə gəlməsi çətindir, lakin regionumuz üçün bu konsensus son dərəcə lazımdır. Azərbaycan bu reallığı yaratdığı qədər, çoxtərəfli nizamı da düzgün anlayır, dövlət başçımız da həqiqətən zərgər dəqiqliyi ilə addımlar atır. Hər bir aktorun olduğu qədər, Azərbaycanın da “qırmızı xətti” var. Məsələnin məğzi ondadır ki, bu xəttin keçilməsinə imkan vermədiyimiz kimi heç bir regional aktorun da xəttini keçmirik. Qarşılıqlı faydalı əməkdaşlıq əsas prinsipdir, bunun üzərində dayanır, məhz bunu təklif edirik. Məlumdur ki, İranla Azərbaycan arasında münasibətlər son dərəcə kəskinləşdi. Bundan sonra İranın daxili və xarici siyasətində hər nə qədər fərqli məsələlər cərəyan etsə də Azərbaycan yenə də tək hədəfə vurmağın vacibliyi üzərində dayanırdı. Məsud Pezeşkianın səfərini isə  çoxdan gözləyirdik. Bunu gözləyən aktor isə zənnimcə bir Azərbaycan deyildi. Dövlət başçımızın da ifadə etdiyi kimi “səbirsizliklə”. Çünki İran və Azərbaycan regionun iki güclü dövlətidir.  Buna görə də hər iki aktor arasında açar məsələlərdə nə qədər fikir ayrılıqları olsa da, bir o qədər birgə addımlamağımızdan başqa variant qalmır. Uzaqgörənlik qədər, çevik və elastik addımlar olmalıdır. İranın öncəki davranışlarında isə sanki radikal dəyişikliyə və riskə getməmək tendensiyası müşahidə olunurdu. Azərbaycan isə öz tərəfindən sübut edirdi ki, təhlükə mənbəyi yaratmaq üçün çalışmır, fürsət pəncərələri aralayır. Zənnimcə, Məsud Pezeşkianın Bakıya səfəri ilə İrana bunu inandırmağa müvəffəq olduğumuz göründü. Şimal-Cənub dəhlizi yaxşı çağırışdır, buna cavab verərək dövriyyəni artırmaq kimi gözəl fürsət mövcuddur".

Politoloq əlavə edib ki, ortada olan inzibati maneələri aradan qaldırmaqla və ən əsası təfəkkürdə olan ideoloji baxışı kənara qoymaqla nəqliyyat və kommunikasiyalar daha da işlək hala gəlməlidir:

"Pezeşkianın bir günlük olsa belə dolu proqramla müşaiyət olunan, və son dərəcə mühüm əhəmiyyət kəsb edən bu səfəri çərçivəsində səsləndirdiyi  “birgə hərəkət etməliyik, digərlərinə bunları pozmağa imkan verməməliyik” fikri ondan xəbər verir ki, çətinliklər yaransa belə artıq qarşıya baxacağıq. Elə buna görədir ki, növbəti səfərin anonsu da verildi. Azərbaycan və İran arasında iqtisadi baxımdan inkişafın aktiv tutulması uzunmüddətli tərəfdaşlıq üçün zəmin olduğu qədər, bölgədə təhlükəsizlik amilinin də gücləndirilməsinə xidmət edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri