Icma.az
close
up
RU
Pezeşkianla Putin Azərbaycanla bağlı nələrdən danışacaqlar?

Pezeşkianla Putin Azərbaycanla bağlı nələrdən danışacaqlar?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran prezidenti Məsud Pezeşkian bu həftə Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Görüş zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişin imzalanması nəzərdə tutulub. Yeni sənəd 2001-ci ildə imzalanan sazişi əvəz edəcək və Qərblə kəskin münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək.                                                                                                                   

Eyni zamanda Cənubi Qafqazla, Azərbaycanla bağlı da müzakirələrin aparılması gözlənilir.

Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Allahverənov bildirib ki, İranla Rusiya arasındakı yeni sazişdə  müdafiə və təhlküəsizlik məsələləri önn plana çıxacaq:

“İran İslam Respublikası ilə Rusiya arasında növbəti sazişin imzalanması yanvar ayının 17-də baş verməlidir. Sənəd 47 maddədən ibarətdir. Bu 47 maddə ikitərəfli münasibətlərin bütün sahələrini əhatə etmiş olacaq. Bir növ hər iki tərəfin maraqlarını nəzərə almaqla tərtib olunub. Eyni zamanda Rusiya ilə İran arasında 2001-ci ildə hərtərəfli əməkdaşlıq haqda saziş imzalanmışdı. Bu sazişin üzərindən 24 il keçib. Saziş 5 illik imzalanır. Tərəflərin hər hansı qeydi yoxdursa, bu sənəd avtomatik olaraq uzadılır. Əldə olunan indiki sənəd 2026-cı ilə qədər uzadıldı. Yeni sənəd ona görə tərtib olunmasının müəyyən səbəbləri var. Məsələn, 20 ildə elə sahələr olub ki, burada əməkdaşlıq daha geniş səpkidə həyata keçirilə bilərdi.  Saziş olmadığı üçün həmin sahələrdə əməkdaşlıq müəyyən mənada digər sənədlər çərçivəsində həll olunub. 2-3 il ərzindən 47 bənddən olan saziş üzərində işə başlanıldı. Təbii ki, o sazişlə bu sazişi fərqləndirən cəhətlər var. Müdafiə və təhlükəsizlik məsələləri xüsusilə qabardılır. Eyni zamanda,ticarət, iqtisadiyyat və energitika sahələri xüsusilə qeyd olunur. Eyni zamanda nəqliyyat,sənaye sahələrinə xüsusi diqqət yetirmək də nəzərdən keçirilib. Təbii ki, burada Yaxın Şərq, istərsə Avrasiya qitəsində yeni geosiyasi proseslər getməkdədir. Bunlar da nəzərdən keçirilir”.

A.Allahverənov Pezeşkian-Putin görüşündə Azərbaycanla bağlı hansı məsələlərin müzakirə olunacağından da danışıb:

“Burada çox vacib məqam ondan ibarətdir ki, cənab Prezident İranın Milli Təhlükəsizlik Ali Şurasının Katibini qəbul etdi. Eyni zamanda Əli Əhmədian İranla Azərbaycan arasındakı əlaqələrə dair İranın mövqeyini çatdırmış oldu. Görüş zamanı mədəni, tarixi, dini əlaqələr barədə fikir söylənildi və bildirildi ki, Azərbaycanla İran arasında bu səpkidə olan münasibətlər dərin tarixi köklərə bağlıdır. Eyni zamanda görüş zamanı Azərbaycanla İran arasında siyasi, iqtisadi, nəqliyyat  və energetika sahəsində müzakirələr aparıldı. Azərbaycanın xüsusilə qeyd etdiyi bir sıra məsələlər vardı. Cənub-Şimal Nəqliyyat dəhlizi məsələsi, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq, beynəlxalq yüklərin artırılması, Araz dəhlizi konsepsiyası çərçivəsində körpülərin, yol nəqliyyat infrastruktunun qurulması məsələləri müzakirə olundu. Bu, bir daha göstərdi ki,  nəticə etibarilə Azərbaycanla İran arasında o cümlədən beynəlxalq layihələrdə iştirak konponenti olduqca vacibdir. Rusiya ilə  İran arasında bağlanan sazişdə həmin o komponentində Azərbaycan üzərindən daha da inkişaf etdirilməsi məsələsi müzakirə oluncaq və buna  xüsusi diqqət yetiriləcək. “3+3” platforması da regional əməkdaşlıq mahiyyəti daşıyan sənəddir. Bu platformanın əsas elementləri də müzakirə oluna bilər”.

Deputat Ermənistan məsələsinin də gündəmdə olduğunu deyib:

“Rusiya ilə İran arasında imzalanacaq yeni sənəddə müdafiə və təhlükəsizlik məsələləri də nəzərdən keçirilir. Ermənistanda yaranmış vəziyyət heç də İranla Rusiyanın maraqlarına cavab vermir. Ermənistan üzərindən Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməyə çalışır. Avropa İttifaqının mülki missiyasının daha geniş səpkidə fəaliyyət göstərməsi nəzərdən keçirilir. Heyətin artırılması məsələsi var. Kanadanın  və digər NATO dövlətlərinin də iştirakını  artıq görürük. Burada eyni zamanda hərbi strukturların, mütəxəssislərin  prosesə cəlb olunması, hərbi kəşfiyyat xidmətinin həyata keçirilməsi təbii, İranı da narahat edir. Ermənistan kimi zəif, siyasi iradəsi olmayan  ölkədə bu kimi qurumların iştirakı region və İran üçün təhlükə yaradan haldır. Rusiya da bundan müəyyən mənada qayğılanır. Çünki bu missiyanın arxasında duran qüvvələr daha çox Azərbaycan-Ermənistan qarşıdurmasını əsas götürərək Rusiyanı Ermənistandan, bütövlükdə regiondan çıxarmaq məqsədi güdür. Bu məsələ də müzakirə olunacaq. Zəngəzur istiqamətində mülki missiyanın fəaliyyəti İran üçün faktiki təhlükə hesab olunur. Çünki kəşfiyyat xarakterli fəaliyyətlər İranla bağlı məsələlərin diqqət mərkəzində saxlanılmasına da hesablanır. Çünki İran tərəfi bundan narazılığını dilə gətirir ki, həmin mülki missiyanın nümayəndələri, raket arsenalı,digər hərbi təyinatlı obyektləri ilə bağlı informasının toplanılması missiya vasitəsilə həyata keçirir. Bu tip məsələlər İranı  narahat edir.  Pezeşkianın Moskva səfəri zamanı bu məsələlər də nəzərdən keçiriləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri