PIÇILTILI ELM!... “Nazirin onları danlamasına rəğmən bir biriləri ilə pıçıldaşırlar”
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Elm və təhsil naziri Emin Əmrullayev: “Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur.”
XXI Əsrin 25-ci ili! Azərbaycan…
Çağımızda elmi dərəcəsi olmayan nazir AMEA-nın prezidenti başda olmaqla akademikləri və müxbir üzvləri bütün iclaslarda danlayır. Əslində belə bir hal mənə ləzzət eləyir. Çox məmnunan, çünki onların hamısı nazirin dedikləri ilə razılaşır..."
“AzPolitika” xəbər verir ki, bu fikirləri elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis, sabiq deputat Etibar Əliyev öz “facebook” səhifəsində bildirib.
E.Əliyev daha sonra yazır: "Bəs akademik və AMEA-nın müxbir üzvü kimlərdir?
Azərbaycan Milli Elmlər Akademiyasının NİZAMNAMƏSİ-nə baxaq:
5.3. Akademiyanın həqiqi üzvləri (akademikləri) Azərbaycan Respublikasının vətəndaşı olan, elmi istiqamətlər üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, elmi məktəblər yaradan Akademiyanın müxbir üzvləri sırasından seçilirlər.
5.4. Akademiyanın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikası vətəndaşları sırasından seçilirlər.
AMEA-nın, Elm və təhsil nazirliyinin tabeliyində olan bütün institutların direktorları akademik və müxbir üzvlərdir. Ancaq insafən bir şeyi də deyim. Nazirin onları tez-tez danlamasına rəğmən arada bir-biriləri ilə pıçıldaşırlar. Bəli, pıçıltının özü də elmdir. Siz heç İsa Həbibbəylinin, yaxud Vaqif Abbasovun pıçıltısını görmüsünüz?"
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 11 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















