Icma.az
close
up
RU
Nazirin sensasion etirafı: pul da yoxdur, elm də...

Nazirin sensasion etirafı: pul da yoxdur, elm də...

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatın əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə deyib.

Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif olmasını misal çəkib: “Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib. Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayları arasında qeyri-mütənasiblik olduğunu görürük. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır. Ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir. Bu da o deməkdir ki, istənilən mövzuda olduğu kimi, elmdə də maliyyələşmə önəmlidir”.

Nazirin bu ifadələri müzakirələrə səbəb olub. Suallar var ki, elmi təşkilatlarda niyə elmi məhsul istehsal olunmur, pul nə dərəcədə önəmlidir və sairə?

Ekspertlər qeyd edir ki, nazirin “elm yoxdur, pul da yoxdur” fikri əslində mövcud sistemin həm struktur, həm də maliyyə baxımından böhran içində olduğunu göstərir. 140-dan çox elmi təşkilatın böyük əksəriyyətində “elmi məhsulun istehsal olunmaması” isə yalnız maliyyə ilə deyil, həm də idarəçilik, motivasiya və şəffaflıq problemləri ilə əlaqələndirilir.

Bir elmi məqalənin dövlətə orta hesabla 35 min manata başa gəlməsi isə ciddi səmərəsizlik problemini ortaya qoyur. Bu rəqəm özü-özlüyündə iki ehtimal yaradır: Ya vəsait qeyri-səmərəli şəkildə xərclənir, nəticə isə yoxdur, ya da həmin vəsait faktiki elmi məhsulun deyil, “formal fəaliyyətin” maliyyələşməsinə gedir.

Burada önəmli bir sual da doğur: bu qədər vəsait hara gedir və niyə nəticə yoxdur?

Təhsil eksperti Kamran Əsədov məsələyə bu cür mövqe bildirib ki, bu cür fikir səsləndirilir, amma bu iddialar nə elmi təhlilə, nə də real faktlara əsaslanır: “Elmi məhsul təkcə patent və texnologiya deyil. Elmi məqalələr, monoqrafiyalar, yeni metodologiyalar, beynəlxalq konfrans çıxışları, tətbiqi layihələr və hətta analitik modellər də elmi məhsul sayılır.

Azərbaycanda isə bu sahədə az da olsa sistemli fəaliyyət var:

- AMEA 2023-cü ildə 1000-dən çox elmi məqalə dərc edib, 2022-ci ildə 22 patent alıb.

- BDU əməkdaşları 2023-cü ildə nüfuzlu jurnallarda 300-dən çox məqalə çap etdirib.

- ADA Universiteti 2024-cü ildə QS Sustainability Rankings siyahısına daxil olub - bu, sırf elmi fəaliyyət və tədqiqat əsasında baş verir.

- ADNSU texniki və tətbiqi sahələrdə real elmi nəticələr əldə edib.

- Aşqarlar Kimyası İnstitutu 2022-ci ildə 47 elmi məqalə ilə çıxış edib, 16-sı Web of Science bazasındadır.

- Son 3 ildə Scopus bazasında 3600-dən çox Azərbaycan mənşəli elmi məqalə qeydə alınıb.

Bəli, çatışmazlıqlar var - koordinasiya, maliyyələşmə, kommersiyalaşdırma zəifdir. Amma bu, “heç bir elmi məhsul yoxdur” deməyə əsas vermir. Elm haqqında danışanda emosiyalarla yox, faktlarla danışmalıyıq. Elmi yanaşma bunu tələb edir".

Təhsil eksperti Elşən Qafarov isə deyib ki, elm və təhsil naziri Emin Əmrullayevin bir-birini inkar edən fikirlər tez-tez səsləndirməsinə artıq öyrəşmişik: “Əvvəla, nazir tez-tez qeyd edirdi ki, bizdə alimlərin peşəkarlığı çox aşağıdır, elmi-pedaqoji fəaliyyətlərlə məşğul olanların səviyyəsi zəifdir. Daha sonra süni surətdə bu nəticələrin qaldırılması üçün elmi məqalələr meydana çıxdı. Hazırda ali məktəblər öz professor-müəllim heyətinə əməkhaqqını lazım olan səviyyədə verməsələr də, elmi məqalələrə çox böyük mükafat fondu ayırırlar. Nazir də böyük həvəslə həmin məqalələri paylaşır və bu nəticələri biznes layihəsi olan müxtəlif reytinq sistemlərində guya Azərbaycanın elmi ali təhsil müəssisələrinin dünyanın top universitetləri sırasına düşməsi ilə əsaslandırır və sairə bu kimi absurd ifadələr səsləndirir. Azərbaycan elmini inkişaf etdirmək üçün ilk növbədə elmə elm sahəsindən çıxan şəxs rəhbərlik etməlidir.  Elmin və təhsilin düşdüyü ağır, çıxılmaz vəziyyət göz qabağındadır. Məsələ burasındadır ki, Azərbaycanda elm sahəsinə lazım olan qədər vəsait ayrılmır. Bu gün təhsil büdcəsinin əsas hissəsi layihələrə və təlimlərə ayrılır. Əgər Emin Əmrullayev həqiqətən də elmə diqqət göstərmək istəyirsə, heç nə etməsin, sadəcə olaraq, büdcədə hər il Azərbaycanda layihələrə, qrantlara və təlimlərə nə qədər vəsait ayrılır, elmə nə qədər vəsait yönəldilir onu desin. Və yaxud imtahanların, ayrı-ayrı müsabiqələrin keçirilməsinə nə qədər vəsait ayrılır? Hesab edirəm ki, nazir Emin Əmrullayev səsləndirdiyi fikirlərlə bir daha diqqəti öz üzərindən yayındırmağa çalışır. Bu gün Azərbaycanda elmi müəssisələrin rasionallaşdırılması doğrudur, lakin bununla yanaşı gənc alimlərin də yetişməsi ilə bağlı addımlar atılmalıdır. Bu gün gənc alimlərin yetişməsində çox böyük maneələr var və bu maneələrin əksəriyyəti süni xarakter daşıyır. Doktorantlara, magistrantlara ayrılan təqaüdlərin miqdarı nə qədərdir və bu təqaüdlə həmin doktorant, magistrant hansı elmi fəaliyyətlə məşğul ola bilər? Bizdə elmi araşdırmalar hansı səviyyədə aparılır, hansı səviyyədə koordinasiya edilir? Bütün bunlardan danışılmalıdır. Azərbaycanda bu gün istər ali təhsildə, istər elmi müəssisələrdə, istərsə də fundamental elmi araşdırmalarda, nəzəri-metodoloji tədqiqatlarda və sairə sahələrdə vəziyyət sıfırın altındadır. Bu çox üzücü haldır. Bu gün hamı kosmetik dəyişikliklərdən danışır, hansısa statistik rəqəmlərdən, reytinqlərdən söz açılır. Bir elmi və ya ali təhsil müəssisəsinin nəticələri oranın əməkdaşlarının biznes layihəsi olan beynəlxalq reytinq sistemlərində yerləşdirdiyi məqalələrlə ölçülür. Biz elmi müəssisələri günahlandırırıq, amma gəlin baxaq, onların maddi-texniki avadanlıqları nə vəziyyətdədir? Əməkdaşların elmi-texniki avadanlıqlarla işləmək bacarığı hansı səviyyədədir və sairə. Beləliklə, bu gün Azərbaycan elmi çox ağır vəziyyətdədir. Hesab edirəm ki, elmi müəssisə və elmi təşkilatlarda ümumilikdə infrastruktur dəyişikliyi aparmaq lazımdır və bu sahənin adamını bu sahəyə rəhbər gətirmək vacibdir”.

\\Yeni Müsavat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Aprel 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri