Pilotumuz Rusiya hava məkanından çıxmaq üçün... Qəza ilə bağlı daha bir AÇIQLAMA
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsi ilə bağlı sual yaradan bir sıra məsələlərin olduğu hər kəsə məlumdur. Bunlardan biri də, təyyarənin niyə Mahaçqaladan Bakıya deyil, Aktauya uçması ilə əlaqəlidir.
Bu barədə Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyib ki, bunun mümkün səbəbi ilk olaraq Bakı ilə müqayisədə Mahaçqaladan Aktauya məsafənin nisbətən yaxın olmasıdır:
“Əsas səbəb isə güman ki, təyyarənin hücuma məruz qaldığını anlayan pilotun Rusiyanın hava məkanını təcili tərk etmək istəməsidir. Mahaçqala və Bakı arasında hava məsafəsi 350 kilometr, Mahaçqala və Aktau arasında hava məsafəsi isə 300 kilometr təşkil edir. Bununla yanaşı, Aktau istiqamətində hərəkət etdiyi təqdirdə, təyyarə Rusiyanın hava məkanını daha tez tərk etmiş olurdu”.
Ekspert bildirdi ki, təyyarə Aktau istiqamətində hərəkət etdiyi zaman dərhal dənizə açılır və Rusiyanın hava məkanından çıxır: “Bakı istiqamətində hərəkət etdiyi zaman isə əlavə olaraq təxminən daha 100 kilometr Rusiyanın hava məkanında qalmalı idi”.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















