Pilotun çamadanından 25 kiloqram narkotik çıxdı
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Malayziya Hava Yollarının pilotunun baqajında külli miqdarda narkotik aşkarlanıb.
Milli.Az xarici KİV-ə istinadən məlumatına görə, hadisə İndoneziyanın Soekarno-Hatta hava limanında qeydə alınıb.
Bildirilib ki, Kuala Lumpur-Cakarta reysini həyata keçirən 39 yaşlı pilotun çamadanı gömrük əməkdaşları tərəfindən rentgen yoxlaması zamanı şübhəli görünüb. Aparılan baxış zamanı baqajdan 14 paketdə ümumi çəkisi 25,2 kiloqram olan 70 114 ədəd narkotik həb, eləcə də əl çantasından 4 qram metamfetamin aşkar edilib.
Pilotun sidik analizi onun uçuş zamanı narkotik vasitənin təsiri altında olduğunu göstərib. O, narkotik daşıdığını etiraf edərək bu işi 12 min dollar qarşılığında gördüyünü bildirib. Həmçinin testdən yayınmaq üçün özü ilə təmiz sidik nümunələri apardığını deyib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















