Icma.az
close
up
RU
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli ASAN Xidmət Mərkəzində “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sektorun rayon iqtisadiyyatında rolu, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyəti barədə danışıb. O, dövlət dəstəyi mexanizmləri ilə bağlı fermerlərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb.

Xq xəbər verir ki, Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edib, sənəddə nəzərdə tutulan əsas hədəf və prioritetlər barədə məlumat verib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov aqrar sahədə tətbiq olunan dövlət dəstəyi mexanizmləri, fermer və sahibkarların bu imkanlar barədə məlumatlandırılması, eləcə də dövlət qurumları ilə istehsalçılar arasında birbaşa ünsiyyətin əhəmiyyəti haqqında danışıb.

Paneldə Nazirliyin və tabeli qurumlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin və “Unibank” ASC nümayəndələri iştirak ediblər. 

Müzakirələr zamanı Dövlət Proqramının əsas hədəf və prioritetləri, Aqrar Subsidiya Şurasının yeni qərarları, aqrar sığorta mexanizmləri, toxumçuluq fəaliyyəti, fermer və sahibkarlar üçün güzəştli kredit imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada özəl şirkətlər və fərdi toxumçular tərəfindən bölgənin iqlim və torpaq şəraitinə uyğun toxum sortları nümayiş etdirilib. İştirakçılar təqdim olunan toxumlarla tanış olmaq və onları əldə etmək imkanı qazanıblar.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri