Icma.az
close
up
RU
Piramidaların altında şəhər tapıldı: 13 minillik sirr FOTOLAR

Piramidaların altında şəhər tapıldı: 13 minillik sirr FOTOLAR

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misirdəki Giza Piramidasında aparılan yeni araşdırmalar, insanlıq tarixini kökündən dəyişdirə biləcək inanılmaz bir iddianı gündəmə gətirib. İtalyan tədqiqatçılardan ibarət beynəlxalq bir komanda, radar və tomoqrafiya texnologiyalarının köməyi ilə Giza piramidalarının altında yerləşən 600 metr dərinliyində nəhəng bir yeraltı kompleksin izlərinə rast gəldiklərini açıqlayıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə Xefren (Kefren) və Menkaure piramidalarının altında sütunabənzər strukturların aşkarlanması, bu quruluşların bir-biri ilə əlaqəli böyük bir yeraltı şəhərin parçası ola biləcəyini göstərir.

Radar görüntüləri, bu sütunların spiral formada düzülmüş və səkkiz əsas dayağı əhatə edən geniş miqyaslı bir arxitektura planını üzə çıxarıb. Menkaure piramidanın daha kiçik olması səbəbilə burada daha az sütun olduğu təxmin edilir və funksional baxımdan bənzərliyə malikdir.


"Strathclyde" Universitetindən radar mütəxəssisi Filippo Biondi, əldə olunan məlumatların Giza piramidalarının yalnız səthdə gördüyümüz strukturlar olmadığını, əslində yerin altında çox daha böyük və mürəkkəb bir kompleksin üst hissəsi ola biləcəyini deyib. Onun sözlərinə görə, bu yeraltı sistem hava, su, torpaq və od kimi təbii elementlərlə əlaqəli ritual və ya funksional sahələr ola bilər.


Tədqiqatçılar, bu strukturların təxminən 12 min 800 il əvvəl yerə çırpılan bir quyruqlu ulduzun yaratdığı qlobal fəlakət nəticəsində yox olan qədim, inkişaf etmiş bir sivilizasiyaya aid ola biləcəyini iddia edirlər. Onların fikrincə, bu sivilizasiyanın sağ qalan üzvləri öz biliklərini sonrakı nəsillərə ötürərək Misir və digər qədim mədəniyyətlərin əsasını qoyublar.


Təklif olunan bu nəzəriyyə, “Yaradılış adası” və ya “Ruhun yeraltı dünyası” kimi mifoloji anlayışlarla da uyğunluq təşkil edir. Edfu Məbədindəki qədim mətnlərdə belə bir fəlakət nəticəsində “Ən yaşlılar” adlı mədəniyyətin məhv olmasından bəhs edilir. Məlumatlara görə, bu sivilizasiya düşmən bir “ilan” tərəfindən, yəni bəlkə də bir quyruqlu ulduzun simvolu yox edilib.


Bununla belə, Misirin məşhur arxeoloqu Zahi Havass bu iddiaları kəskin şəkildə tənqid edib və radar texnologiyasının yerin bu qədər dərin qatlarına nüfuz edə bilməyəcəyini, tapıntıların elmi əsaslara söykənmədiyini bildirib.


Əgər bu iddialar sübuta yetirilərsə, bu kəşf insanlıq tarixində inqilabi bir dönüş nöqtəsi ola bilər.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:508
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri